Deprecated: mysql_escape_string(): This function is deprecated; use mysql_real_escape_string() instead. in /home/akademiy/public_html/site/engine/classes/mysqli.class.php on line 162 RAMAZANI NECƏ BAŞA DÜŞƏK » Akademiya.net

       
Ad
Parol
 

 

 

Bölmələr
 
Arxiv
Yanvar 2011 (3)
Noyabr 2010 (1)
Sentyabr 2010 (3)
May 2010 (1)
Aprel 2010 (4)
Dekabr 2009 (2)
 
Son Şərhlər
Müəllif:
Mövzu: Tunis
Müəllif:
Mövzu: Tunis
Müəllif:
Mövzu: Tunis
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
 
Online
Online 0 :
Online yoxdur .

Robotlar: 0
Online yoxdur .

Qonaqlar: 7
Ümumi: 7

Son 20 Online Üzv :
Admin arcer
bomxboss Diser_of
firolec117 habroider
laztmf207 poliqarp
Profinol PromoParty
retr257 romych1985
sa684 serjksomov
siNoPtik Starters
tanushe4ka2008 Titanolic
wodqow X-Glamure

 
Dost Saytlar
» Xəzər Nəşriyyat
» Faydali.az
 

 

 

RAMAZANI NECƏ BAŞA DÜŞƏK

 

 

 

 

 

 

altİslamda oruc: Orucun ərəb dilindəki tərcüməsi “savm” deməkdir, bu da “bir şeydən uzaq durmaq, insanın özünü bəzi şeylərdən məhrum etməsi” mənalarına gəlir. Sözün praktiki mənası isə dan yeri ağarandan günəşin batmasına qədər, bir qayə uğrunda şüurlu şəkildə yemə, içmə, cinsi əlaqə kimi davranışlardan uzaq duraraq, nəfsi cilovlamaqdır. Oruc tutmaq Mədinə dönəmində fərz buyurulub. Tarix olaraq isə hicrətin ikinci ilinin Şaban ayına uyğun gəlir. Rəsulullah (s.ə.s.) doqquz il Ramazan orucu tutub.


Quranda orucun fəzilətinə dair dəlillər
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə fərz buyurulduğu kimi, sizə də fərz buyuruldu ki, (bunun vasitəsilə pis əməllərdən) çəkinəsiniz! (Oruc tutmaq) sayı müəyyən olan günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzinə) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz, oruc tutmaq sizin üçün nə qədər xeyirlidir! Ramazan ayı insanlara doğru yol göstərən, doğru yolu və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır. Sizdən hər kim o aya yetişsə (ramazan hilalını görsə), onu oruc tutsun; xəstələnənlər, yaxud səfərdə olanlar isə (tutmadıqları günlərin sayı qədər) başqa günlərdə tutsunlar” (Bəqərə, 2/183-185).

Sünnətdə orucun fəzilətinə dair dəlillər
”İslam beş əsas üzərində qurulub: Allahdan başqa ilah olmadığına və Peyğəmbər Əfəndimizin Allahın qulu və rəsulu olduğuna şahidlik etmək, namaz qılmaq, zəkat vermək, Ramazan orucu tutmaq, imkanı olanlar üçün Beytullahı (Kəbəni) ziyarət etmək” (Buxari, Müslim, Tirmizi).
Başqa bir rəvayət isə belədir:
”Saçı-başı dağınıq bir adam Peyğəmbər Əfəndimizin yanına gələrək: “Ya Rəsulullah, Allah oruc olaraq nəyi fərz buyurduğunu mənə deyə bilərsənmi?”- dedi. Rəsulullah buyurdu: “Ramazan ayını fərz qıldı”. Həmin şəxs: “Mənim bundan başqa borcum varmı?”- soruşduqda Rəsulullah yenə buyurdu: “Xeyr, ancaq nafilə olaraq oruc tutsan, bu, müstəsnadır”. Sonra həmin şəxs digər suallarını verməyə başladı: “Mənə zəkatdan xəbər ver”. Rəsulullah ona İslamın müəyyənləşdirdiyi yolu anlatdı. Kainatın Əfəndisini dinləyən şəxs: “Sənə ikramlar edən Allaha and olsun ki, bu dediklərindən nə artıq, nə əksik edərəm”,- dedi. Onun sözlərini eşidən Rəsulullah buyurdu: “Əgər doğru deyirsə, bu adam qurtulacaq, yaxud cənnətə gedəcək”.

Orucun əhəmiyyəti
Oruc namaz, zəkat və həcc kimi üzərimizə fərz buyurulan ibadətlərdən biridir. Allah (c.c.) bu ibadətin mükafatını bilvasitə Özü verəcəyini vəd edir. Allahdan başqa heç kim orucun savabını müəyyənləşdirə bilmir. Oruc müsəlmanın Rəbbi ilə səmimi münasibətinin əlamətidir. Oruc müvəqqəti də olsa bəşəriliyi - yeyib-içməyi, şəhvani arzu və istəkləri tərk etməkdir.

Kainatın Əfəndisinin oruca verdiyi önəm
Hər din və hər ideologiya özünə tabe olanlarin üzərinə müəyyən mükəlləfiyyətlər qoyub. Yəni hansısa bir dinə mənsub olan insan həmin dinin əmirlərini də yerinə yetirməlidir. Əks halda həmin şəxsin səmimiliyinə və o dinə bağlılığına inanmaq olmaz. Haqq və ya batil olmasından asılı olmayaraq, bütün dinlərdə əmir və qadağalar var.
Ən sonuncu və ən mükəmməl din olan İslamın da özünəməxsus bir sıra qaydaları var. Bu qaydalara riayət etmək hər bir müsəlmanın borcudur. Qurani-Kərimdə bu qaydalar bəzən açıq, bəzən də qapalı formada öz əksini tapıb. Bu müqəddəs Kitabın ən mükəmməl icraçısı isə Hz. Rəsulullah (s.ə.s.) olub.
Digər ibadətlər kimi orucu da bizə O (s.ə.s.), nurlu kəlamları ilə anladıb. Kainatın Əfəndisi həm sözlə, həm də davranışları ilə orucun əhəmiyyətini izah edib.
Əbu Hüreyrə (r.a.) Allah Rəsulundan (s.ə.s.) nəql edir: “Allah belə buyurdu: “Adəmoğlunun hər bir əməli özü üçündür. Yalnız oruc müstəsna. Onun mükafatını mən verəcəyəm. Çünki yeməyini və nəfsani arzularını sırf mənim üçün tərk edir. Oruclu üçün iki sevinc var: biri iftar etdiyi, digəri Allaha qovuşduğu vaxt. Oruclunun ağız qoxusu Allah qatında misk qoxusundan daha xoşdur”.
Oruc tutanın ağzından gələn qoxu aclıqdan qaynaqlanır. Qiyamət günü bu qoxu Cənabi-Haqqın qatında misk-ənbərdən daha xoş, daha təmiz və daha gözəl qəbul ediləcək. Mələklər bu qoxunu iyləmək üçün sanki sıraya girəcəklər. Axirət dünyasında gözəl qoxular sirli xəzinələri açan açar kimidir. Təbii ki, oruca dəyər verən onun qoxusu deyil. Allah oruca dəyər verdiyi üçün oruc dəyərlidir, həmin qoxu da sırf ona görə dəyər qazanır.
Əbu Hüreyrə (r.a.) başqa rəvayətində Allah Rəsuluna (s.ə.s.) istinadən anladır: “Hər şeyin zəkatı var. Bədənin zəkatı oruc tutmaqdır. Oruc tutmaq səbrin yarısıdır”. Başqa bir yerdə isə belə keçir: “Sübhanallah demək mizanın yarısını, əlhəmdülillah demək hamısını, Allahu-Əkbər isə yer və göyün arasını doldurur. Oruc səbrin, təmizlik isə imanın yarısıdır”.
Bütün mükəlləfiyyətləri yerinə yetirmək üçün səbirli olmaq vacibdir. Ancaq orucda səbir fərqlidir. Orucda şəhvani hissləri cilovlamaq, günahlardan uzaq durmaq, bununla yanaşı ac-susuz qalmaq əsasdır. Oruc namaz, zəkat və həcc kimi böyük ibadətlərdən biridir. Oruc həm ibadətdir, həm də bəşəri arzu və istəklərdən uzaqlaşmaqdır. Bu mənada, oruc insana mələk xüsusiyyəti qazandırır.
Hər ibadətin mükafatı var. Ancaq orucun mükafatının nə olduğunu yalnız Allah bilir. Əbu Hüreyrə (r.a.) anladır: “Rəsulullahdan hansı əməli etməyimi soruşdum. O da: “Oruc tut, çünki onun bərabəri yoxdur”,- dedi. Mən yenə eyni sualı verdim və eyni cavabı aldım. Sualımı üçüncü dəfə təkrarladım, yenə eyni cavabı aldım”.
Rəsulullah (s.ə.s.) başqa bir hədisində buyurub: “Allah qatında oruc qədər savablı bir ibadət yoxdur”. Başqa hədislərdə belə buyurulub: “Kim orucla nəfsinin arzularından uzaqlaşarsa, Cənabi-Haqq ona cənnət meyvələrindən yedirir, cənnət bulaqlarından içirir”, “Cənnətdə rəyyan adlı bir qapı var, oradan ancaq oruc tutanlar girəcəklər”, “Oruc tutan halal yolla ruzisini təmin edərsə, axirətdə hesaba çəkilməz”, “Oruc tutanın yuxusu ibadət, susması isə təsbih sayılır. Yaxşı əməlləri və ibadətlərinə görə qat-qat savab yazılır. Duası Allah tərəfindən qəbul edilib günahları bağışlanır”.
Oruc qiyamət günü orucluya şəfaət edəcək, Allaha yalvarıb: “Ya Rəbbi, mən onu gündüzlər yeyib-içməkdən və nəfsinin istəklərindən uzaqlaşdırdım. Ona görə onun haqqında şəfaətimi qəbul buyur”,- deyəcək. Allah (c.c.) da orucun istədiyini qəbul edəcək, ona orucluya şəfaət etmə icazəsi verəcək.

 

Qaynaq:

- zaman.com.az


  • Rəsulullah (s.ə.s.) oruc haqqında
  • Siqaret bəlasından qurtulmaq üçün gözəl ...
  • Mübarək üç aylar
  • RAMAZANDA QİDALANMAYA FİKİR VERİN
  • Ramazanda hədəfimiz
  • Allah-Təalaya yaxınlaşma fürsəti
  • Həyatın əsl mənası
  • Hər ləkəni yuyan iksir
  • TƏRAVİH NAMAZI
  • Nur içndə nur
  • Ətraf mühitin təmizliyi
  • Dinimiz və adət-ənənəmizdə nişanlanma
  • Mühəndislik perspektivindən qiyamət
  • Tənqid psixolgiyası
  • Qənaət
  •  (Səslər #: 0)

     
    Baxılıb: 8539 Müəllif: Admin 5 Sentyabr 2010 Şərhlər (0)

     

    Şərh yaz
     

     

    Include security image CAPCHA.
    Kodu yenilə



     
     

     

    Ən Baxımlılar
     
     
    Səs Vermə
     
    Ordan-Burdan
    » Vücudumuzda nə qədər qan var?
    » Orxan adı haradan gəlir
    » Dünyanın ən kiçik ölkəsi
    » Ən qiymətli şey
    » Ulduzların sürüşməsi
    » Həyatda çirkin bir şey varmı?
    » Azərbaycan ordusu dünənimizin, bu günü ...
    » Suya da göz dəyərmiş?!
    » Tailand
    » Siqaret bəlasından qurtulmaq üçün g ...
     
    Təqvim
    «    Yanvar 2020    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     
     
     
    Statistika
    Top Contributors:
      1    Admin 83
      2    hazin 5


    Articles:
      This Hour: 0
      Today: 0
      This Month: 0
      All Time: 86


    Membership:
      Registered Today :0
      This Hour:0
      This Month:0
      Total:25
      Banned:0

    Yeni Üzvlərimiz:
    lsiurog3
    arcer
    habroider
    laztmf207
    Dron_kss_1
    Profinol
    serjksomov
    Titanolic
    chekushka
    Starters