Deprecated: mysql_escape_string(): This function is deprecated; use mysql_real_escape_string() instead. in /home/akademiy/public_html/site/engine/classes/mysqli.class.php on line 162 Qarla gələn gözəllik » Akademiya.net

       
Ad
Parol
 

 

 

Bölmələr
 
Arxiv
Yanvar 2011 (3)
Noyabr 2010 (1)
Sentyabr 2010 (3)
May 2010 (1)
Aprel 2010 (4)
Dekabr 2009 (2)
 
Son Şərhlər
Müəllif:
Mövzu: KİMLƏRİN BARMAQ İZİ YOXDUR
Müəllif:
Mövzu: KİMLƏRİN BARMAQ İZİ YOXDUR
Müəllif:
Mövzu: Fotonlar
Müəllif:
Mövzu: Tunis
Müəllif:
Mövzu: Tunis
Müəllif:
Mövzu: Tunis
Müəllif:
Mövzu: Tunis
Müəllif:
Mövzu: Tunis
Müəllif:
Mövzu: Tunis
Müəllif:
Mövzu: Tunis
 
Online
Online 0 :
Online yoxdur .

Robotlar: 0
Online yoxdur .

Qonaqlar: 6
Ümumi: 6

Son 20 Online Üzv :
Admin arcer
bomxboss Diser_of
firolec117 habroider
laztmf207 poliqarp
Profinol PromoParty
retr257 romych1985
sa684 serjksomov
siNoPtik Starters
tanushe4ka2008 Titanolic
wodqow X-Glamure

 
Dost Saytlar
» Xəzər Nəşriyyat
» Faydali.az
 

 

 

Qarla gələn gözəllik

 

 

 

 

 

 

alt     Uşaqlara; “Toyuq yumurtadan, yoxsa yumurta toyuqdan çıxdı?” deyə soruşarlar. Bu suala bənzər formada soruşsaq: “Qar yağdığı üçün hava soyuq olar, yoxsa hava soyuq olduğu üçün qar yağar?” Bu iki sual bir-birinə bənzəsə də cavabları fərqlidir. Məktəblərdə, ensiklopediyalarda və kitablarda “Qar nə üçün yağır?” başlığı ilə izah olunanlar, əslində qarın nə üçün yağdığına deyil, necə yağdığına aiddir. Çox vaxt “necə” və “nə üçün” suallarının düzgün istifadə edilib edilmədiyinə fikir verilmir.

 

“Qar nə üçün yağır?” sualına veriləcək doğru cavablar, “qar”ın yağmasının hikmətləridir. Bu hikmətləri, “qar”ın özündən bilmək böyük bir yanlışlıq olar. Bunlar ilahi hikmətlərdir. “Qar”ın necə yağdığının cavabı isə, fizika və kimyanın araşdırma üsulları ilə yazılmış dərs kitablarında mövcuddur. Əslində yalnız qarın yağmasında deyil, varlıq aləmində gördüyümüz və görmədiyimiz hər şeydə, Allahın digər isimləri ilə birlikdə xüsusilə Hakim isminin təcəlliləri var. Çünki bu dünya hikmət evi, insanın ölüm qapısından keçərək gedəcəyi axirət aləmi isə qüdrət evidir. Bu dünyada olanlar Allahın qoyduğu səbəblər pərdəsi ilə cərəyan edir; bu səbəbləri yaradan və işlədən Müsəbbibül Əsbabı (bütün səbəbləri meydana gətirən Allah) bu pərdədə qalmadan tanımaq, insanın bu dünyada ən böyük imtahanıdır. Axirətdə isə imtahan olmadığına görə, Allah (cc) qüdrətini səbəblər pərdəsini istifadə etmədən birbaşa təcəlli etdirir.

İndi “Qar yağdığı üçün hava soyuq olur?” sualının cavabını ola biləcək bir hikmətdən danışa bilərik. Qar, havanın soyuq olduğunu göstərir. Ancaq qar yağdığı üçün hava soyuq olmur, əksinə qar soyuğu azaldır. Bunu belə izah etmək olar: Bir qram maddənin əriməsi üçün lazım olan istiyə o maddənin “ərimə istiliyi” deyilir. Buz, su halına gələnə kimi qram başına 80 kalori isti qəbul edir. Bu, buzun ərimə istiliyidir. Su, buz halına gəlmək üçün ərimə istiliyini verir və hər bir qram suyun donub qar kristalı halına gəlməsi əsnasında atmosferə 80 kalori verilir. Bu hesaba görə, 10 ton qarla atmosferə verilən istilik, 100 kilo yaxşı növ mədən kömürünün yanması ilə verdiyi istiliyə bərabərdir. Bunun hesablaması sadədir: 10 ton = 10.000.000 qram. Bu qədər suyun qar halına çevrilərkən atmosferə verdiyi istilik = 10.000.000 x 80 kalori = 800.000.000 kalori. Bir qram yaxşı növ mədən kömürünün yanması ilə verdiyi istiliyin 8.000 kalori olduğu nəzərə alınarsa, on ton suyun qar halına gələrkən verdiyi istilik, 800.000.000 / 8.000 = 100.000 qram = 100 kiloqram yaxşı növ mədən kömürünün verdiyi istiliyə bərabər olur. Atmosferdəki suyun qar halına gələrkən verdiyi bu istilik, təxminən 750 kg yaxşı növ kömürün yanması ilə verdiyi istilik qədərdir. Bitki, heyvan və insanlar, qarın digər faydaları ilə birlikdə artıq dərəcədə soyuğun meydana gətirəcəyi müxtəlif zərərlərdən də qorunmaqdadır. Baharda, qarların əriyərkən atmosferdən aldığı qram başına 80 kalori istilik ilə atmosferdəki istilik azaldılır, beləliklə də yeni cücərən bitkilərin istidən zərərə uğramasının qarşısı alınır. Qar yağmasının bəzi hikmətləri də bu ola bilər: Qarların əriməsi nəticəsində meydana gələn sular, torpağa qarışıb yeraltına keçir, beləliklə torpaq ola biləcək sel və erroziyanın təsirindən mühafizə olunur. Bundan başqa havadakı toz və zəhərli hissəciklər, qarla yerə endirilərək hava təmizlənir.

Yazının əvvəlindəki suala qayıtsaq; qar yağdığı üçün hava soyuq olmur, hava soyuq olduğu üçün qar yağır. Yağan qar həm atmosferə istilik verir, həm də (özü də soyuq olmasına baxmayaraq) yeri bir yorğan kimi örtərək bəzi bitki və heyvanların artıq dərəcədə soyuqdan tələf olmasının qarşısını almaqda vacib rol oynayır.

 

-Sızıntı-


  • Dəniz cərəyanları
  • Çox axtarılan qızıl
  • Ətraf mühitin təmizliyi
  • Okeanların turşuya çevrilişi
  • Keçirici üzvi polimerlər
  • Həyatın əsl mənası
  • Vücudumuzda nə qədər qan var?
  • İnsan hesab verəcəkmi?
  • BİR AĞAC KƏSSƏK NƏ OLAR?
  • Həyatda çirkin bir şey varmı?
  • Ayın isti olduğu, gecənin isə olmadığı z ...
  • Suya da göz dəyərmiş?!
  • Mühəndislik perspektivindən qiyamət
  • RAMAZANI NECƏ BAŞA DÜŞƏK
  • Nizami Gəncəvinin qələmindən Allah - 1
  •  (Səslər #: 0)

     
    Baxılıb: 7992 Müəllif: Admin 10 Yanvar 2011 Şərhlər (0)

     

    Şərh yaz
     

     

    Include security image CAPCHA.
    Kodu yenilə



     
     

     

    Ən Baxımlılar
     
     
    Səs Vermə
     
    Ordan-Burdan
    » Elm və texnologiya üfüqləri
    » Bal pətəyinin riyazi sirləri
    » Azərbaycanda kredit sistemi
    » Həyatda çirkin bir şey varmı?
    » İşıq və şüalar
    » Allah sözündəki möcüzə
    » Dəniz cərəyanları
    » Tailand
    » Siqaret bəlasından qurtulmaq üçün g ...
    » Qızıl alma-ərik
     
    Təqvim
    «    Yanvar 2020    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     
     
     
    Statistika
    Top Contributors:
      1    Admin 83
      2    hazin 5


    Articles:
      This Hour: 0
      Today: 0
      This Month: 0
      All Time: 86


    Membership:
      Registered Today :0
      This Hour:0
      This Month:0
      Total:25
      Banned:0

    Yeni Üzvlərimiz:
    lsiurog3
    arcer
    habroider
    laztmf207
    Dron_kss_1
    Profinol
    serjksomov
    Titanolic
    chekushka
    Starters