Deprecated: mysql_escape_string(): This function is deprecated; use mysql_real_escape_string() instead. in /home/akademiy/public_html/site/engine/classes/mysqli.class.php on line 162 BİR AĞAC KƏSSƏK NƏ OLAR? » Akademiya.net

       
Ad
Parol
 

 

 

Bölmələr
 
Arxiv
Yanvar 2011 (3)
Noyabr 2010 (1)
Sentyabr 2010 (3)
May 2010 (1)
Aprel 2010 (4)
Dekabr 2009 (2)
 
Son Şərhlər
Müəllif:
Mövzu: KİMLƏRİN BARMAQ İZİ YOXDUR
Müəllif:
Mövzu: KİMLƏRİN BARMAQ İZİ YOXDUR
Müəllif:
Mövzu: Fotonlar
Müəllif:
Mövzu: Tunis
Müəllif:
Mövzu: Tunis
Müəllif:
Mövzu: Tunis
Müəllif:
Mövzu: Tunis
Müəllif:
Mövzu: Tunis
Müəllif:
Mövzu: Tunis
Müəllif:
Mövzu: Tunis
 
Online
Online 0 :
Online yoxdur .

Robotlar: 0
Online yoxdur .

Qonaqlar: 3
Ümumi: 3

Son 20 Online Üzv :
Admin arcer
bomxboss Diser_of
firolec117 habroider
laztmf207 poliqarp
Profinol PromoParty
retr257 romych1985
sa684 serjksomov
siNoPtik Starters
tanushe4ka2008 Titanolic
wodqow X-Glamure

 
Dost Saytlar
» Xəzər Nəşriyyat
» Faydali.az
 

 

 

BİR AĞAC KƏSSƏK NƏ OLAR?

 

 

 

 

 

 

alt“Təbiətdən yamyaşıl bir pərdə, möcüzəvi bir mənzərə... Rəngarəng yarpaqlar; küləyin toxunması ilə, təfəkkür etməyin zövqü ilə özündən keçən bir alim kimi coşur. Ağacların budaqlarında quşlar oxuyur, meşənin kənarındakı yaşlı çinar ehtişamı ilə göz qamaşdırır və sanki meşəyə gözətçilik edir. İnsanlar başlarını qaldırdıqda, daxili hüzura qovuşur. Kainat kitabının bitkilər səhifəsindən gözəl bir meşə, sevinc qaynağı olur insanlara və ev sahibliyi edir o qədər canlıya. Pərdə dəyişir! Ağacların yerinə beton yığınları var. Bacalardan qalxan göz acışdıran duman şəhərin havasını əsir alıb sanki. Ağaclarda həyatda yaşamaq üçün mücadilə edən boynu bükük bir neçə quş oxuya bilmir. İnsanlar öskürür və xoşbəxt deyil.” Siz bu iki portretdən hansında olmaq istərdiniz?

* Maşınımızdakı bir bak benzinlə milyonlarla il yığılan qalıqları yandırdığımızı bilirikmi?

* Təbiətdə etdiyimiz təhriflərlə, əslində dünyada həyatın can damarlarını kəsdiyimizi hiss edirikmi?

Başqasını gözləmədən təbiətə sahib çıxmalıyıq; çünki “bir ağac da kəssək nə olar?” deyərək bizdən sonrakı nəsillərin gələcəyini tükədirik. Köhnəlmədən dəyişdirdiyimiz divanlar, dolmamış atdığımız dəftərlər və s. üçün hər il neçə ağac kəsildiyini bilirikmi? Hətta avtomobilimizlə boş yerə gəzərkən benzin bakımızda təbiəti sərf etdiyimizin fərqindəyikmi? Bütün bunların fərqində olsaq, yenə də düşünmədən tükədərdikmi dünyanın gözəllik və zənginliklərini?

Avtomobillərində səfərə çıxan Massaçusets Universitetindən bir qrup tədqiqatçısının ağlına, maşınların yandırdığı benzinin qaynağının nə olduğu sualı gəlir. Və bu tədqiqatçılar çox qədim vaxtlarda yaşamış fitoplanktonların (fotosintez edən tək hüceyrəli dəniz canlıları) neft mərhələsinə qədərki sərgüzəştlərini araşdırırlar.

Ölən planktonların yalnız 2%-i okeanın dibinə çökərək minlərlə metr qalınlığındakı tortul materialın içində basdırılmış qalır. Bu ölü plankton kütləsi müəyyən istilik və yuxarı təzyiq altında 75% nisbətində xam neftə çevrilir. Sıxlığı suyun sıxlığına görə daha az olduğu üçün (0.8), bu neft stokunun az bir qismi yer qabığında yuxarıya doğru köçürülür. Bu gün bu müdhiş enerji qaynağının təxminən 25%-i çıxarıla bilmişdir.

Fasilələr də nəzərə alınmaqla bu mərhələlərin təxmini hesabları çıxarıldıqda bu qəribə nəticə əldə edilmişdir: 16 hektarlıq (160000 kvadrat metrlik) bir ərazinin cəmi buğda istehsalına bərabər 90 tonluq fitoplankton kütləsindən təxminən dörd litr benzin emal olunur. Bundan başqa planetimizdə 400 il ərzində yetişən bitkilərin cəmi, bir ildə istifadə olunan neftə bərabər deyil.

 

Müdhiş Tarazlıq

Nəhəng ekosistemlər yumağı olan dünyamızın gedişatını anlamaq məqsədilə aparılan təcrübələrdən biri “Biokürə 2” təcrübəsidir. Yer kürəsinin quruluşuna bənzər, qapalı və özünə yetərli bir sistemdə işləyən prosesləri müşahidə etmək üçün nəhəng bir parnikdə aparılan bu təcrübədən maraqlı nəticələr əldə edildi. Bunlardan birisi karbondioksidin artması ilə təxmin edilməsi mümkün olmayan xarabalıqlara gəlib çıxmasıdır. Avtomobil tüstüsündən, kömürdən çıxan karbondioksidə; oradan da fabrik bacalarının çıxartdığı zəhərli qazlara qədər bir çox mənfi ünsür sağlamlığımıza zərər verməkdədir. “Biokürə 2” təcrübəsində meydana çıxan məlumatlara görə, gələcəkdə karbondioksid sıxlığı indiki dəyərinin iki qat artığına kimi çıxa bilər. Bitkilərin fotosintez (işıq enerjisi istifadə edilərək qida və oksigen istehsalı) istehsal etməsi üçün lazımlı karbondioksid miqdarındakı dəqiq ölçüdən kənara çıxması, yer kürəsində iqlim dəyişikliklərinə səbəb olur.

 

Havadakı Karbondioksid Miqdarı ilə Okeanlar Arasındakı Münasibət

Atmosferdəki qazlar su ilə reaksiyaya girmə xüsusiyyətində yaradılmışdır. Bu sudakı həyatın davam etməsi üçün lazımlıdır. Atmosferdə artan karbondioksidin gedərək daha da çoxu dəniz suyu ilə reaksiyaya girməkdədir, bikarbonat və hidrogen ionlarının artmasına səbəb olmaqdadır. Nəticədə səth sularının turşuluq dərəcəsi yüksəlməkdədir. Okeanların ortalama turşuluq dərəcəsi son buz dövrünün əvvəlində (təqribən 10000 il öncə) 8.3 olaraq hesablanmışdır. Bu dəyər sənaye çağının başlamasından dərhal əvvəl 8.2 olaraq ölçülmüşdür. Dövrümüzdə isə bu dəyər 8.1 səviyyəsindədir. Bir ssenariyə görə, iqtisadi böyüməyə paralel olaraq atmosferə buraxılan karbondioksid miqdarı davamlı artacaq və kömür, neft kimi qazıntı yanacaqlarının tükənməsi ilə azalmağa başlayacaqdır. Əgər qiyamət qopmasa, atmosferdəki karbondioksid miqdarı 2300-cü ilə çatanda milyonda 1900 (1900 ppm) ilə ən yüksək nöqtəsinə, yəni dövrümüzdəki dəyərin beş qatına qalxacaqdır. Okeanlar atmosferdəki karbondioksidin bir qismini soracaqları üçün, səth sularının pH dəyərinin 7.4-ə düşəcəyi və yüzlərcə il bu aşağı dəyərdə qalacağı düşünülür. Keçmiş 300 milyon il ərzində atmosferdəki karbondioksid nisbətinin bir neçə dəfə 2000 ppm səviyyəsini keçdiyi bizə məlumdur. Ancaq bu miqdarlarda belə okean səth sularının pH dəyəri 7.5-dən aşağı düşməmişdir. Bəs bu vəziyyəti nə mane olmuş ola bilər? Böyük ehtimalla bir bufer vəzifəsini yerinə yetirən dəniz dibindəki karbonat qayaları okean suyunun turşuluğunun tənzimlənməsində rol oynamışdır. Təqribən 10000 illik bir zaman dilimində həyata keçirilən bu tənzimləmə hadisəsi, geoloji mərhələlərlə okeana buraxılan turşunu neytrallaşdırmaq üçün yetərlidir. Ancaq insanların fəaliyyətləri və ya asteroid toqquşması kimi təbii fəlakətlərin səbəb olduğu sürətli dəyişiklikləri uzaqlaşdırmaq üçün bu qısa zaman diliminin yetərli olmadığı düşünülür. Turşuluq nisbətində müşahidə ediləcək belə ciddi bir dəyişikliyin okeandakı canlılar üzərində nə kimi təsirlərə səbəb olacağı hələ dəqiq məlum deyil.

Turşulu suların karbonatı çözmə xüsusiyyəti olduğuna görə mərcanlar və bəzi növləri kimi kalsium karbonat quruluşlu qabıqlara və ya xarici skeletlərə malik canlılar, bundan ən çox zərər dəyə biləcək canlılardır. “Biokürə 2” təcrübəsi ilə olduqca önəmli səviyyələrə (dövrümüzdəki dəyərin iki qatı səviyyəsinə çatacaq karbondioksidin) çıxacağı təxmin edilən karbondioksid miqdarından bu canlıların nə qədər zərərə məruz qalacağı hesablanmış və bu cür heyvanlarda kalsium karbonat birləşməsinin 40%-i nisbətində azalacağı təxmin edilmişdir. Su ekosistemlərində həyati vəzifələr verilən bu canlıları yox olmağa aparan dəyişiklik, qida zincirindəki müvazinətləri də alt-üst edə bilər.

 

Qaynaqlar 
Science , 17 Oktyabr 2003.
New Scientist , 23 Sentyabr 2003.


  • Okeanların turşuya çevrilişi
  • Dəniz cərəyanları
  • Balıqlar su içirmi?
  • Keçirici üzvi polimerlər
  • Çox axtarılan qızıl
  • Bal pətəyinin riyazi sirləri
  • Körpəni qoruyan kimdir?
  • Mühəndislik perspektivindən qiyamət
  • Turbulens
  • Sümüklərdən ilhamla yeni dizaynlar
  • Qarla gələn gözəllik
  • Gil torpağın quruluşu və faydaları
  • Ayın isti olduğu, gecənin isə olmadığı z ...
  • Şahmat haqqında nə bilirsiniz?..
  • Qızıl alma-ərik
  •  (Səslər #: 0)

     
    Baxılıb: 7547 Müəllif: Admin 9 Yanvar 2011 Şərhlər (0)

     

    Şərh yaz
     

     

    Include security image CAPCHA.
    Kodu yenilə



     
     

     

    Ən Baxımlılar
     
     
    Səs Vermə
     
    Ordan-Burdan
    » BİR AĞAC KƏSSƏK NƏ OLAR?
    » RAMAZANI NECƏ BAŞA DÜŞƏK
    » Nizami Gəncəvinin qələmindən Allah - 1
    » Ən qiymətli şey
    » Allah sözündəki möcüzə
    » Dərdlərə dava çörəkotu
    » Marsın Sirləri
    » Göz möcüzəsi
    » Tailand
    » Azərbaycan ordusu dünənimizin, bu günü ...
     
    Təqvim
    «    Yanvar 2020    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     
     
     
    Statistika
    Top Contributors:
      1    Admin 83
      2    hazin 5


    Articles:
      This Hour: 0
      Today: 0
      This Month: 0
      All Time: 86


    Membership:
      Registered Today :0
      This Hour:0
      This Month:0
      Total:25
      Banned:0

    Yeni Üzvlərimiz:
    lsiurog3
    arcer
    habroider
    laztmf207
    Dron_kss_1
    Profinol
    serjksomov
    Titanolic
    chekushka
    Starters