Deprecated: mysql_escape_string(): This function is deprecated; use mysql_real_escape_string() instead. in /home/akademiy/public_html/site/engine/classes/mysqli.class.php on line 162 Deprecated: mysql_escape_string(): This function is deprecated; use mysql_real_escape_string() instead. in /home/akademiy/public_html/site/engine/classes/mysqli.class.php on line 162 ELMLƏR » Akademiya.net

       
Ad
Parol
 

 

 

Bölmələr
 
Arxiv
Yanvar 2011 (3)
Noyabr 2010 (1)
Sentyabr 2010 (3)
May 2010 (1)
Aprel 2010 (4)
Dekabr 2009 (2)
 
Son Şərhlər
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Dərdlərə dava çörəkotu
Müəllif:
Mövzu: KİMLƏRİN BARMAQ İZİ YOXDUR
Müəllif:
Mövzu: KİMLƏRİN BARMAQ İZİ YOXDUR
Müəllif:
Mövzu: Fotonlar
Müəllif:
Mövzu: Tunis
Müəllif:
Mövzu: Tunis
Müəllif:
Mövzu: Tunis
Müəllif:
Mövzu: Tunis
 
Online
Online 0 :
Online yoxdur .

Robotlar: 0
Online yoxdur .

Qonaqlar: 1
Ümumi: 1

Son 20 Online Üzv :
Admin arcer
bomxboss Diser_of
firolec117 habroider
laztmf207 poliqarp
Profinol PromoParty
retr257 romych1985
sa684 serjksomov
siNoPtik Starters
tanushe4ka2008 Titanolic
wodqow X-Glamure

 
Dost Saytlar
» Xəzər Nəşriyyat
» Faydali.az
 

 

 

Ətraf mühitin təmizliyi

 

 

 

 

 

 

altTəmizlik, tək tərəfli tədbirlərlə əldə edilən bir hal deyil. Böyük alimlər təmizliyi aşağıdakı mövzularla tədqiq etmişdir:

1 – Fərdi (bədən-paltar-qida) təmizlik

2 – Ev (mətbəx-hamam-ayaqyolu) təmizliyi

3 – Ətraf mühit (tullantıların uyğun şəkildə uzaqlaşdırılması) təmizliyi

4 – Kifayət qədər təmiz suyun təmin edilməsi.

Fərdi təmizlik deyiləndə bədən təmizliyi nəzərdə tutulur. Buradan da cilt, əl, ağız, burun, göz təmizliyi, saç, dırnaq, qoltuqaltı, üz, diş və ayaq baxımı nəzərdə tutulur. Dünya Səhiyyə Təşkilatının bədən təmizliyi, əl təmizliyi, ağız və diş baxımının əhəmiyyəti və mühafizəsi yollarına aid materiallar mövcuddur. Ancaq Dünya Səhiyyə Təşkilatının dırnaqların yoluxucu xəstəliklərdəki təsirinə, tüklərin təmizliyinə və yoluxucu xəstəliklərdəki

 
Baxılıb: 8081 Müəllif: Admin 10 Yanvar 2011 Şərhlər (0) Ətraflı oxu

 

Qarla gələn gözəllik

 

 

 

 

 

 

alt         Uşaqlara; “Toyuq yumurtadan, yoxsa yumurta toyuqdan çıxdı?” deyə soruşarlar. Bu suala bənzər formada soruşsaq: “Qar yağdığı üçün hava soyuq olar, yoxsa hava soyuq olduğu üçün qar yağar?” Bu iki sual bir-birinə bənzəsə də cavabları fərqlidir. Məktəblərdə, ensiklopediyalarda və kitablarda “Qar nə üçün yağır?” başlığı ilə izah olunanlar, əslində qarın nə üçün yağdığına deyil, necə yağdığına aiddir. Çox vaxt “necə” və “nə üçün” suallarının düzgün istifadə edilib edilmədiyinə fikir verilmir.

 

“Qar nə üçün yağır?” sualına veriləcək doğru cavablar, “qar”ın yağmasının hikmətləridir. Bu hikmətləri, “qar”ın özündən bilmək böyük bir yanlışlıq olar. Bunlar ilahi hikmətlərdir.

“Qar”ın necə yağdığının cavabı isə, fizika

 
Baxılıb: 7993 Müəllif: Admin 10 Yanvar 2011 Şərhlər (0) Ətraflı oxu

 

BİR AĞAC KƏSSƏK NƏ OLAR?

 

 

 

 

 

 

alt      Təbiətdən yamyaşıl bir pərdə, möcüzəvi bir mənzərə... Rəngarəng yarpaqlar; küləyin toxunması ilə, təfəkkür etməyin zövqü ilə özündən keçən bir alim kimi coşur. Ağacların budaqlarında quşlar oxuyur, meşənin kənarındakı yaşlı çinar ehtişamı ilə göz qamaşdırır və sanki meşəyə gözətçilik edir. İnsanlar başlarını qaldırdıqda, daxili hüzura qovuşur. Kainat kitabının bitkilər səhifəsindən gözəl bir meşə, sevinc qaynağı olur insanlara və ev sahibliyi edir o qədər canlıya. Pərdə dəyişir! Ağacların yerinə beton yığınları var. Bacalardan qalxan göz acışdıran duman şəhərin havasını əsir alıb sanki. Ağaclarda həyatda yaşamaq üçün mücadilə edən boynu bükük bir neçə quş oxuya bilmir. İnsanlar öskürür

 
Baxılıb: 7548 Müəllif: Admin 9 Yanvar 2011 Şərhlər (0) Ətraflı oxu

 

Fotonlar

 

 

 

 

 

 

alt

Kainat haqqında haradasa bütün müşahidə biliyimiz “foton” adlanan hissəciklərlə əldə olunur. Foton, işıq zərrəciyinin elmi adıdır. Fotonlara “elektromaqnetik dalğa” da deyilir.

Kainatda hər atoma qarşılıq təqribən 1 milyard foton mövcuddur.

Fotonlar, kainatdakı hər maddədən, hər istiqamətə doğru, çox sayıda yayılmaqdadır və kainatdakı ən yüksək sürət ilə fəzada irəliləməkdədir. Bir fotonu digər fotonlardan ayıran üç vacib xüsusiyyəti vardır:

-         “Foton enerjisi” (dalğa uzunluğu)

-         “Foton hərəkət istiqaməti” (impulsun istiqaməti)

-         “Spin istiqaməti” (polarizasiya istiqaməti)

 

Bir fotonun enerjisinin verilməsi, dalğa uzunluğunun və ya tezliyinin...


 
Baxılıb: 12539 Müəllif: Admin 10 Noyabr 2010 Şərhlər (2) Ətraflı oxu

 

Nizami Gəncəvinin qələmindən Peyğəmbərimiz-1

 

 

 

 

 

 

alt

 

 

Ey varlıq mülkünə böyük şahsüvar,

Əqlin sultanısan, zəkavətin var.

 

Sonusan o mürsəl peyğəmbərlərin,

Sonun halvasısan, duzun əvvəlin.

 

Varlıq baxçasının ilk gülü sənsən,

Zamanın  sonuncu sərkədəsisən.

 

Kifayət mülkünə sənsən hökmdar,

Vilayət hökmüdür verdiyin qərar.

 

Hər kəs lovğalıqla çıxsa qarşına,

Bir ədəb qılıncı enər başına.

 

Gözlər işıq alır ayaq tozundan,

Aləm işıqlanır daima ondan.

 

Səndən işığını almayan bir şam

Sönər öz yeliyə, qaralar müdam.

 

Ey qəbilələrlə aydın dil tapan,

Vazeh dəlillərlə zərbə vuransan.

 

Allahın höccəti bütün səndədir,

Səhərin sirri də o sinəndədir.

 

Ey iki dünyanın saray ağası,

O qabü qövseynin mahir ustası.



 
Baxılıb: 9391 Müəllif: Admin 12 May 2010 Şərhlər (3) Ətraflı oxu

 

Nizami Gəncəvinin qələmindən Allah - 1

 

 

 

 

 

 

altBismillahir-rəhmanir-rəhim.

Hikmət xəzinəsinə budur açar,ey həkim!

 

Odur fikrin əvvəli, odur kəlamın sonu,

Nə iş görsən, Tanrının adıyla qurtar onu.

 

Gəlib hamıdan əvvəl, hər bir varlıqdan qabaq,

Yaşayanlar içində əbədi  odur ancaq.

 

Qədim, sonsuz cahanı odur quran, saxlayan,

Qələmlərin boyuna boyunbağı bağlayan.

 

Səxavət qaynağını o qaynatdı binadan,

Bütün var olanları yalnız odur yaradan.

 

Pərdəli fələklərin pərdəsini açandır,

Pərdəli iş görənin sirrini saxlayandır.

 

Günəşin kəmərinə ləl ilə zinət verən,


 
Baxılıb: 10349 Müəllif: Admin 15 Aprel 2010 Şərhlər (2) Ətraflı oxu

 

Dəniz cərəyanları

 

 

 

 

 

 

alt     Dəniz və okeanlarda minlərlə sirli hadisələr cərəyan etməktədir. Dəniz dibini tədqiq edən yüzlərlə alim, heyrətləndiklərini bildirmiş və bu sirli dünya bir çox nəşriyyatda işıq üzü görmüşdür. Elə bu sirli dünyanın xüsusiyyətlərindeən biri də,  dənizdə meydan gələn dəniz cərəyanlarıdır.
Xarici görünüş etibarilə, bu cərəyanlar, küləyin təsiri ilə və yaxud da dənizin müxtəlif hissələrində mövcud olan müxtəlif miqdarlardakı duz səbəbilə meydana gəlirlər. Duzluluq nisbəti fərqli olan iki dənizi bağlayan boğazlarda meydana gələn  cərəyanların xüsusiyyəti belədir: duzu az olan dənizin suları, duzu çox olan dənizə doğru üst cərəyan ilə, duzu çox olan dənizin suları isə az olanına alt cərəyan ilə hərəkət edir.
Külək sayəsində meydana gələn və okeanlarda nəzərə çarpan böyük və müntəzəm  cərəyanların yaranmasında "Alize" küləkləri rol oynayır. Şimal yarım kürəsindən şimal-şərqə doğru, cənub yarım kürəsində isə cənub-şərqdən ekvatora doğru fasiləsiz əsən alize küləklərinin təsiri ilə okeanın səth suları qərbə doğru hərəkət etməklə cərəyanların meydana gəlməsinə səbəb olur. Bu cərəyanlar, Atlantik Okeanda, Sakit Okeanda və Hind Okeanının cənubunda küləklərin meydana gətirdiyi ekvator cərəyanlarını əmələ gətirir. Bu cərəyanlar dünya qərbdən şərqə doğru dövr etdikcə və ekvatora doğru sürət get-gedə artdıqca, onları əmələ gətirən,  alizelər kimi qərbə yönəlir və bu istiqamətdə qarşılarına çıxan quru parçalarına çarparaq qollara ayrılırlar. Bu qollardan bəziləri orta "enliklərdə" əsən qərb küləklərinin təsiri ilə axmağa davam edirlər. Bəzi qollar da əsas cərəyanın başlanğıç nöqtəsinə gələrək halqalar əmələ gətirirlər. Okean cərəyanlarının halqa halına çevrilməsinin səbəbi,

 
Baxılıb: 15158 Müəllif: Admin 3 Aprel 2010 Şərhlər (2) Ətraflı oxu

 

Dərdlərə dava çörəkotu

 

 

 

 

 

 

alt

                Müasir dərman istehsalının olmadığı dövrlərdə xəstəliklərin müalicəsində bitkilərin müxtəlif qisimlərindəki müəssir maddə ayrılmadan istifadə olunurdu. Dövrümüzdə dərman, kosmetika və qida sektorunda bitki qaynaqlı məhsullar saflaşdırılaraq və hər maddənin xüsusiyyətləri öyrənilərək istifadə edilməkdə və xam maddəsi bitki olan məhsullara tələb davamlı artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının (WHO) təxminlərinə görə dünyada 20.000-dən çox bitki növü tibbi məqsədlə istifadə olunur.

Tibbi məqsədlə istifadə olunan bitkilərdən biri olan çörəkotu, Ranunculaceae (Toy çiçəkləri) ailəsindən Nigella sativa növüdür. Bitkinin kapsul içərisindəki toxumu qida kimi istifadə olunur. Bitkinin adı toxumlarının qara rəngindən götürülmüşdür. “Nigella” sözü latın dilində qaraya çalan mənasına gələn “nigellus” sözündən alınmışdır.

Çörəkotunun vətəni Şərqi Aralıq Dənizi ölkələri, Şərqi və Cənubi Avropadır. Çörəkotu digər ölkələrə buradan yayılmışdır. Çörəkotu 2000 ildən artıqdır ki, Mərkəzi və Uzaq Asiya ölkələrində bir çox xəstəliyin müalicəsində şəfa vəsiləsi olan bir bitkidir. Bəzi qidalarda (çörək, un məmulatları, biskvit) bəzək kimi istifadə olunan çörəkotu, aromatik (xoş qoxulu) xüsusiyyətləri səbəbilə bəzi qidalarda da ləzzət vəsiləsi kimi istifadə edilir. Çörəkotunun toxum suyu və yağının;

 
Baxılıb: 11773 Müəllif: Admin 3 Aprel 2010 Şərhlər (2) Ətraflı oxu

 

Keçirici üzvi polimerlər

 

 

 

 

 

 

Yeni Üfüqlər Aça Biləcək Texnologiya: Keçirici Üzvi Polimerlər

altTəbiətdəki canlılardan əldə edilən müxtəlif xammalları əşya istehsalında istifadə edirik. Yaradıcının sonsuz elm və qüdrəti ilə canlıların sintez etdiyi bu maddələrin bəzilərini (pambıq, ipək və yun kimi) insan min illərdir istifadə edir. Kauçuk kimi maddələr isə nisbətən təzə sayıla bilər. Dəri, sümük, ağac və selluloza lifləri ən çox istifadə olunan üzvi xammallar olmuşdur. Allahın qüdrəti sonsuzdur, fəqət təbiətin zənginliyi hədsiz deyil. Ona görə də ekoloji tarazlığı hər gün öz əlimizlə pozur və yer üzünü şüursuz şəkildə ölümə aparırıq. Bu gün tullantı bitki və heyvanlardan təbii yolla əldə edilən xammal, insan sağlamlığı üçün çox uyğun olsa belə, gedərək azaldığı və beləliklə də bahalaşdığı üçün bunların hər kəs tərəfindən istehlakı çətinləşir.

Alimlər daha ucuz xammal istehsal etmək üçün dayanmadan çalışırlar. Belə ki, çox uzun bir keçmişi olmayan neylon, rezin, plastik və polivinilxlor (PVC) indi çox yayılmış maddələrdir. Ətrafımızda gördüyümüz, gündəlik həyatda istifadə etdiyimiz bir çox şey plastikdən, yəni polimerlərdən istehsal edilmişdir. Polimerlər (poli-çox, meros-hissə, qisim), bir-birinə oxşayan kiçik molekul vahidlərinin zəncirvari bir-birinə əlavə edilməklə meydana gələn nəhəng molekullardır. Tez-tez istifadə etdiyimiz neylon zənbillərdən maşın təkərlərinə, uşaq oyuncaqlarından qışda geyindiyimiz çəkmələrin dabanlarının istehsalına qədər bir çox sahədə istifadə edilməkdədir.

Polimerlərin təbiətdə meydana gətirdiyi ən böyük problem, üzvi maddələr kimi çürüyüb parçalanmamalarıdır və yüz illərlə dünyanı kirlətmələridir. Ona görə də zibilliklərdən yığılıb istilik ilə və ya kimyəvi üsullarla yenidən istehsal edilməlidirlər.

 
Baxılıb: 10057 Müəllif: Admin 3 Aprel 2010 Şərhlər (0) Ətraflı oxu

 

Ürək möcüzəsi

 

 

 

 

 

 

alt

Xalid Ərtuğrul


Ürəyimdən kiçik bir əməliyyat keçirmişdim. O əsnada ürək möcüzəsinə və ürəkdəki İlahi imzaya xüsusilə şahid olmuşdum.

Bu İlahi nemət qarşısında heyrətimi gizlədə bilmədim.

Vücudumuzda ürəyimiz dayansa nə olar?

Və ya insanlar ürəksiz olsa nə olar?

Bu iki sualı insan özündən soruşmalıdır. Əlbəttə ki, cavabı da çətin deyil.

Biri ölümə, digəri də ictimai böhrana aparar.

Yəni Uca Allah, iki cür ürək yaratmışdır. Biri maddi, digəri də mənəvi qəlbdir.

Bəs insan üçün, hər şey olan qəlbimizə sahib olduğumuzdan ötrü nə etməliyik?

Bu möcüzə orqanı, ən mükəmməl və ən ahəngli şəkildə yerləşdirən və işlədən Allaha necə şükr etməliyik?

Bunun vacibliyini dərk etmək üçün əvvəlcə ürəyimizi tanıyaq:

 
Baxılıb: 15534 Müəllif: Admin 23 Dekabr 2009 Şərhlər (1) Ətraflı oxu

 

Ulduzların sürüşməsi

 

 

 

 

 

 


altGecə vaxtı açıq havada göy üzünü seyr edərkən müxtəlif rəng və parlaqlıqdakı ulduzların meydana gətirdiyi o inanılmaz və möhtəşəm mənzərənin içindən bir ulduzun parlaq bir cizgi cızaraq sürüşüb getdiyini şübhəsiz ki, görmüsünüz.

Bəziləri ürəyində bir dilək tutar, guya ulduz sürüşəndə o ulduzun öləcəyi və ölmədən əvvəl dilək diləyənin arzusunun yerinə yetəcəyi inancı çoxumuza məlumdur.

Xalq arasında ulduz sürüşməsi kimi tərif edilən bu hadisənin əslində ulduzlarla heç bir əlaqəsi yoxdur. Ulduzlar yerdən milyardlarla

 
Baxılıb: 10816 Müəllif: Admin 23 Dekabr 2009 Şərhlər (3) Ətraflı oxu

 

Güldürən düşündürən insan- Molla Nəsrəddin

 

 

 

 

 

 

alt      Səkkiz əsrə yaxındır ki, onun adı gələndə Anadoludan tutmuş, Çinə qədər uzanan böyük bir ərazidə yaşayan türklər istər-istəməz gülürlər. Çünki onun adını eşidən kimi adamın yadına özündən asılı olmayaraq, onunla bağlı hansısa lətifə düşür. Bu gün Orta Asiya adlandırılan qədim Türküstanda və Azərbaycanda,Tatarıstanda, Başqırdıstanda, Xakasiyada, Krımda, Kabarda-Balkarda, Qaraçay-Çərkəsdə, Balkan ölkələrində, bir sözlə, hər yerdə kimdən lətifə soruşsan, həmin şəxsin söylədiyi ilk lətifə Molla Nəsrəddinlə bağlı olacaq.
Söhbət türk dünyasının məşhur oğlu, insanlara sağlam, mənalı gülüş bəxş edən və söylədikləri ilə həm də onları düşündürən Molla Nəsrəddindən gedir. Bu insan müxtəlif ləhcələrdə danışan və bir-birindən minlərlə kilometr uzaqlarda yaşayan türklərin hamısı üçün doğma, başqa sözlə, özününküdür. Belə ki, Anadoluda məhəbbətlə onu Nəsrəddin Xoca, Azərbaycanda Molla Nəsrəddin, Orta Asiyada - Türküstanda Xoca Nəsrəddin adlandırırlar. O, elə əfsanəviləşib ki, özbək onun Özbəkistanda, qazax Qazaxıstanda, tatar Tatarıstanda, türkmən Türkmənistanda, azərbaycanlılar Azərbaycanda anadan olduğunu güman edir. Əslində Molla Nəsrəddin həm azərbaycanlı,

 
Baxılıb: 7025 Müəllif: Admin 18 Noyabr 2009 Şərhlər (1) Ətraflı oxu

 

TBMM-DƏ ƏHMƏD CAVAD

 

 

 

 

 

 

altAzərbaycanın böyük istiqlal şairi Əhməd Cavadın adı bu yaxınlarda Türkiyə Böyük Millət Məclisində (TBMM) səsləndi. Onun bütün Türk dünyasına göstərdiyi xidmətləri bir daha dilə gətirildi və xatirəsi yad edildi. TBMM-dəki Əhməd Cavad haqqındakı çıxışı olduğu kimi sizə təqdim edirik:

 

BİRİNCİ OTURUM

Açılma Saati: 15.05

21 Şubat 2006 Salı

BAŞKAN : Başkanvekili Ali DİNÇER

KÂTİP ÜYELER: Harun TÜFEKCİ (Konya) Ahmet Gökhan SARIÇAM (Kırklareli)

 
Baxılıb: 5275 Müəllif: Admin 18 Noyabr 2009 Şərhlər (0) Ətraflı oxu

 

Vətən

 

 

 

 

 

 

altVətən – doğma diyar, ana yurd...

Vətən – babaların, dədələrin əmanəti...

Vətən – tariximiz, ənənəmiz, azadlığımızdır...

Vətən – bir millətin illər uzunu yaşadığı, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin torpağı ilə birləşdiyi məkandır. Elə bir məkan ki, ana qucağı kimi isti, ata qoynu kimi əmin və etibarlıdır.

Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Biz vətənin suyunu içir, çörəyini yeyir, havasını uduruq. Evimiz, kəndimiz, obamız bu torpaqlardadır. Baba və dədələrimiz bu torpaqlarda uyuyur, ata-anamız bu torpaqlarda addımlayırlar.

Vətən müqəddəsdir. Ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş, qorumuş, onun uğrunda vuruşmuşlar. Onlar bu torpaqlar uğrunda canlarından keçib, şəhidlik rütbəsinə yüksəlmişlər.

 
Baxılıb: 10404 Müəllif: Admin 8 Oktyabr 2009 Şərhlər (2) Ətraflı oxu

 

Həyatın əsl mənası

 

 

 

 

 

 

alt

   Bütün təriflər, bütün həmdlər və sənalar şəriki, ortağı, övladı və bənzəri olmayan hər şeydən böyük olan Allaha məxsusdur. Allahın salavatı və salamı onun rəsulu və qulu, peyğəmbərlərin sonuncusu  olan Məhəmmədə (sav) onun ailəsinə olsun və əshabına olsun.

Yaranmasından ölümünə qədər bəşərin yaşadığı müddət – insan ömrü. İnsan bu müvəqqəti həyatını dünyada keçirir; burada Yaradanı tərəfindən ona nemət olaraq  verilənlərdən faydalanır.  Yaxşı və ya pis işlərlə həyatını keçirir. Bütün bunlardan sonra Allahın hüzuruna qayıdar.

Həyatımızın mənası və məqsədi – bu məvhumlar hamımız üçün mühim, maraqlı və tale yüklüdür. Yəgin ki, hər birimiz nə vaxtsa özümüzə sual vermişik: “biz haradan və nə üçün gəldik?”, “bu dünyada nə üçün yaşayırıq?”, “bizim və başqa canlılarin yaradılmasının məqsəd və mənası nədir?”,

 
Baxılıb: 6841 Müəllif: Admin 1 Oktyabr 2009 Şərhlər (10) Ətraflı oxu

 

Ən Baxımlılar
 
 
Səs Vermə
 
Ordan-Burdan
» Göz möcüzəsi
» Siqaret bəlasından qurtulmaq üçün g ...
» Keçirici üzvi polimerlər
» Vücudumuzda nə qədər qan var?
» Bekkerelin Sələfi
» Allah-Təalaya yaxınlaşma fürsəti
» Dünyanın ən kiçik ölkəsi
» Okeanların turşuya çevrilişi
» Mühəndislik perspektivindən qiyamət
» Memar Əcəmi Naxçivani
 
Təqvim
«    Yanvar 2020    »
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
 
 
Statistika
Top Contributors:
  1    Admin 83
  2    hazin 5


Articles:
  This Hour: 0
  Today: 0
  This Month: 0
  All Time: 86


Membership:
  Registered Today :0
  This Hour:0
  This Month:0
  Total:25
  Banned:0

Yeni Üzvlərimiz:
lsiurog3
arcer
habroider
laztmf207
Dron_kss_1
Profinol
serjksomov
Titanolic
chekushka
Starters