Deprecated: mysql_escape_string(): This function is deprecated; use mysql_real_escape_string() instead. in /home/akademiy/public_html/site/engine/classes/mysqli.class.php on line 162 Çox axtarılan qızıl » Akademiya.net

       
Ad
Parol
 

 

 

Bölmələr
 
Arxiv
Yanvar 2011 (3)
Noyabr 2010 (1)
Sentyabr 2010 (3)
May 2010 (1)
Aprel 2010 (4)
Dekabr 2009 (2)
 
Son Şərhlər
Müəllif:
Mövzu: Tunis
Müəllif:
Mövzu: Tunis
Müəllif:
Mövzu: Tunis
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
 
Online
Online 0 :
Online yoxdur .

Robotlar: 0
Online yoxdur .

Qonaqlar: 6
Ümumi: 6

Son 20 Online Üzv :
Admin arcer
bomxboss Diser_of
firolec117 habroider
laztmf207 poliqarp
Profinol PromoParty
retr257 romych1985
sa684 serjksomov
siNoPtik Starters
tanushe4ka2008 Titanolic
wodqow X-Glamure

 
Dost Saytlar
» Xəzər Nəşriyyat
» Faydali.az
 

 

 

Çox axtarılan qızıl

 

 

 

 

 

 

alt     Tarix, insanların qızıla olan arzularının meydana gətirdiyi savaşların və sərgüzəştlərin hekayələri ilə doludur. Qızıl zənginliyin,   bolluğun simvolu olmuş; zənginlik isə çox vaxt insanları və xalqları güclü qılmışdır. Böyük mədəniyyətlərin dirçəliş və tənəzzülü, sahib olduqları qızıl miqdarının artması və azalması ilə düz mütənasib olmuşdur. Orta əsrlərdə kimyaçılar başqa metallardan qızıl əldə etmək üçün üsullar tampağa çalışmış, ancaq bu işləri nəticəsiz qalmış, insanlar qızılı tapmaq ümidi ilə yer üzünü gəzmiş və böyük çətinliklərə məruz qalmaqdan çəkinməmişlər. İnsanların uğrunda həyatlarını təhlükəyə atmaqdan qorxmadıqları və sahib olanları zəngin edən bu maddə nədir?

 

Qızıl bir metaldır. Kimyəvi elementlərdən biridir (element, kimyəvi yollarla daha bəsit cisimlərə parçalanmayan bir cisimdir). Qızıl özünə xas sarı rəngdədir. Əksərən sıx metaldır. Yəni qızıl məsələn, dəmir və şüşə kimi daha az sıx maddənin eyni ölçüdəki bir hissəsindən daha ağırdır. Qızıl sıx olmaqla yanaşı həm də olduqca yumşaq bir metaldır. Metalların içərisində (çəkiclə döyülməklə) ən asan şəklə salına biləndir. Yəni qızıl çəkiclə döyülməklə nazik bir təbəqə halına gətirilə bilər, məsələn, bir qram qızıl döyülməklə 180 sm kvadratlıq bir təbəqəyə çevrilə bilər. Başqa bir sözlə, bir qızıl yarpağının qalınlığı 1 sm-in milyonda biri qədər ola bilər, bu qalınlıq 1000 atomun qalınlığı qədərdir.

 

Qızılın dəyərli olmasının səbəblərindən biri də, az tapılan bir metal olmasıdır. İnsanların sahib olmaq istədikləri bir maddə nə qədər azdırsa, dəyəri də o qədər artar. Qızıl yerin səthində və dənizlərin dibindəki yer qabığında tapılır. Ancaq yenə də tapıldığı yerdə az miqdarda olur. Qızılın dəyərliliyini artıran səbəblərdən biri də, vaxt keçməklə xarab olmamasıdır. Minlərlə il bundan əvvəl düzəldilən qızıl pullar və heykəllər, dünən düzəldilmiş kimi parlaqlarını mühafizə etməkdədir. Digər bir çox metal isə hava ilə təmasda olduqda aşınmağa, yeyilməyə başlayır.

Məsələn, dəmir oksigen və suyun meydana gətirdiyi pasla xarab olur. Dəmir atomları, oksigen atomları və su ilə birləşərək dəmir hidroksidi meydana gətirir. Bu qırmızı bir tozdur. Bu səbəblə dəmir mühafizə edilmədikdə getdikcə xarab olur və dəmir oksidə çevrilir. Qızıl isə kimyəvi olaraq sabit bir metaldır. Kimyəvi sabit maddələr, başqa cisimlərlə asanlıqla birləşə bilməz. Qızılı havanın oksigeni, su və turşular xarab edə bilmir. Buna görə də paslanmır. Metalların çoxu metal olmayan elementlərlə birləşməklə mineralları meydana gətirir. Təbiətdə, metallar ümumiyyətlə mineral yığınlarının içində tapılır. Metalı əldə etmək üçün minerallar mədənlərdən götürülüb bunların içindən saf metallar çıxarılır. Ancaq qızılın vəziyyəti başqadır.

Qızıl kimyəvi sabitliyi səbəbi ilə başqa elementlərlə asanlıqla birləşərək mineral meydana gətirmir. Əksəriyyətlə, torpaqda və qayaların içində qızıl tozları halında saçılmış olaraq tapılır. Bu tozlar yalnız mikroskopla görülə biləcək ölçüdədir. Qızıla külçələrə və yaxud təbəqələr formasında da rastlaşılır. Qızıl başqa elementlərlə nadir hallarda birləşsə də, başqa cisimlərlə bir yerdə tapıla bilər. İçində qızıl olan mineralların tərkibində ümumiyyətlə, sink sulfat və dəmir disulfat da olur. Belə minerallara yalançı qızıl deyilir. Bunun səbəbi rənglərinin sarı olması və bəzən qızılla qarışdırılmasıdır. Koloradoda və Qərbi Avstraliyada, qızıl telluriumla birləşmiş halda tapılır. Bu birləşmələrə qızıl tellurid deyilir.

Bəzi yerlərdə qızıl, kvars qayalıqları içində damcılar formasında olur. Qızıl damarları ehtiva edən bu qayalar, atmosferin təsirinə məruz qalan yerlərdə yağış və küləklərin təsiri ilə aşınıb parçalanaraq çınqıl və qum halına çevrilirlər. Qum yağış suları ilə axaraq sel yataqlarında toplanır. Kiçik qızıl külçələri və qızıl tozları da qumların içində yığılır.

Sel yataqlarında qum içində olan qızılı, bu qumdan ayıraraq əldə etmək çox asandır. Bunun üçün yuvarlaq və yastı qabdan istifadə olunur. Qum bu qaba doldurulub suyu axıdılır. Sonra qab maili olaraq silkələnir. Beləliklə qum qabın kənarında toplanır və asanlıqla boşaldıla bilər. Qızıl qumdan çox ağır olduğu üçün qabın ortasında qalır.

Keçən yüzillikdə tapılan yeni qızıl yataqları, “qızıla hücum” adlandırılan köçlərə səbəb olmuşdu. İlk böyük qızıla hücum 1849-cu ildə Kaliforniyada meydana gəlmişdir. Kiçik San Fransisko şəhəri bu köçlərin nəticəsində üç il ərzində gözlənilməyən dərəcədə böyümüşdür. Dünyanın hər tərəfindən buraya axın olmuşdur. Ancaq gələnlərin çox azı xəyallarına çatmış, bir çoxu ölmüş və ya əlləri boş geri qayıtmışlar.

Amerikadakı son qızıla hücum 1897-ci ildə Alyaskada Klondayk River-dəki qızıl yataqlarına olmuşdur. Qızıl axtaranlar şaxtalı soyuğa və dəhşətli şərtlərə qatlanmaq məcburiyyətində qalmışdılar. 1852 və 1859-cu ildə Avstraliyadakı qızıl yataqlarına da maraq olmuşdur. Avstraliyanın əhalisi bu səbəblə 8 il ərzində iki dəfə artmışdır. Burada nəticə Amerikadakına görə daha yaxşı olmuşdur. Amerikadakı qızıl axtaranlar daha çox toz qızıl ya da kiçik külçələr tapa bilirdilər.

Avstraliyada isə daha böyük külçələr tapılmışdır. Tapılan ən böyük külçə 270 kq ağırlığında Holtermann külçəsidir. Bu külçə 1872-ci ildə Avstraliyanın Nyu Souz Uels bölgəsində yerin bir neçə santimetr altındakı bir qızıl damarından çıxarılmışdır. Avstraliyada o vaxtlar başqa böyük külçələr tapılmışdır. Bunlardan birisi də Uelkom Streyncer külçəsidir. Bu külçə qarışıq halda 70 kq, saf qızıl kimi isə 65 kq idi.

Okean dibindəki və çay yataqlarındakı qızılı tapıb çıxarmaq üçün xüsusi cihazlardan istifadə edilir.

Kvars qayalıqlarında isə qızıl çox kiçik hissəciklər halında tapılır. 10 qram qızılı əldə etmək üçün bəzən bir tonluq bir qayanı parçalamaq lazım ola bilər. Bunun üçün qaya bir sistern içində küçük hissələrə ayrılır. Sonra bu hissələrin üstünə suda həll olunmuş sodium və ya kalium sianid tökülür. Bununla da qızıl məhlulu alınır. Bu məhlul da sinklə reaksiyaya girərək qızıl əldə edilir.

Beynəlxalq ticarətdə qızılın çox vacib yer tutur. Hər ölkədə əldə edilən qızılın təxminən 60%-i dövlət tərəfindən külçə halında saxlanılır. Buna da ölkənin qızıl rezervi adı verilir. Dövlətlərin bir-birinə olan borclarında qızıl ödəməsi qəbul olunur.

Külçə qızılın alqı-satqısı qadağandır. Ancaq qızıldan hazırlanan daş-qaşlar və müxtəlif əşyaların satılmasına icazə verilir.

Qızılın çox yumşaq olması, daş-qaş hazırlanmasında təkcə qızılın istifadəsini çətinləşdirir. Ümumiyyətlə başqa bir metalla qarışdırılaraq istifadə edilir. Qarışıq əldə etmək üçün iki və ya daha çox metalla birlikdə əridilməklə atomlarının qarışması təmin edilir. Qızıl, mis, nikel və gümüşlə qarışdırılaraq daha möhkəm qarışıqlar əldə olunur. Zərgərlər qızılın saflığını karat adlı vahidlə ölçürlər. Saf qızıl 24 karatdır.

Bununla yanaşı, qızıl, sənaye və elmdə də istifadə olunur. Məsələn, yaxşı elektrik keçirici olduğuna görə elektrik və elektronika dövrələrində istifadə edilir. Qızıl bəzən şüşə istehsalında istifadə edilir. Şüşəyə qatılan qızıl, istilik şüaları olan infrared şüaların 98%-ni əks etdirir. Beləliklə, qapalı yerlərin isinməsinin qarşısını alır və daha az havalandırma ehtiyacı meydana gətirir. İstilik şüalarının keçməsinin qarşısını alarkən, işıq şüalarının hamısının keçməsini təmin edir. Beləliklə də işıqlandırmaya mənfi təsir göstərmir. Bundan başqa, Günəş istiliyinin meydana gətirdiyi yüksək temperaturdan qorumaq məqsədilə ABŞ-ın düzəltdiyi kosmos vasitələrində nazik bir təbəqə kimi qızıldan istifadə olunmaqdadır.

 

* Maxi Jurnalı - Türkiyə


  • Gil torpağın quruluşu və faydaları
  • Keçirici üzvi polimerlər
  • Okeanların turşuya çevrilişi
  • Heliumun kəşfi
  • Şifrəmiz vücudumuzdur
  • Dəniz cərəyanları
  • Bal pətəyinin riyazi sirləri
  • Körpəni qoruyan kimdir?
  • KİMLƏRİN BARMAQ İZİ YOXDUR
  • BİR AĞAC KƏSSƏK NƏ OLAR?
  • Mühəndislik perspektivindən qiyamət
  • Dərdlərə dava çörəkotu
  • Qarla gələn gözəllik
  • Tənqid psixolgiyası
  • Ətraf mühitin təmizliyi
  •  (Səslər #: 11)

     
    Baxılıb: 6858 Müəllif: Admin 12 Avqust 2009 Şərhlər (3)

     

    1 Müəllif: (14 Avqust 2009 16:35)
     
    5,

    !

    .
     

     

    2 Müəllif: special (15 Avqust 2009 02:54)
     
    cox sag olun
     

     

    3 Müəllif: (15 Avqust 2009 22:17)
     
    ..
     

     

    Şərh yaz
     

     

    Include security image CAPCHA.
    Kodu yenilə



     
     

     

    Ən Baxımlılar
     
     
    Səs Vermə
     
    Ordan-Burdan
    » Aslanın üç tükü
    » Allah-Təalaya yaxınlaşma fürsəti
    » Bal pətəyinin riyazi sirləri
    » Keçirici üzvi polimerlər
    » RAMAZANI NECƏ BAŞA DÜŞƏK
    » İSKƏNDƏR MÜNŞİ
    » Nur içndə nur
    » Azərbaycan ordusu dünənimizin, bu günü ...
    » Beyin fırtınası və düşünc ...
    » Yaz məni, yaz, ya RƏBBİM
     
    Təqvim
    «    Avqust 2009    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     
     
     
    Statistika
    Top Contributors:
      1    Admin 83
      2    hazin 5


    Articles:
      This Hour: 0
      Today: 0
      This Month: 0
      All Time: 86


    Membership:
      Registered Today :0
      This Hour:0
      This Month:0
      Total:25
      Banned:0

    Yeni Üzvlərimiz:
    lsiurog3
    arcer
    habroider
    laztmf207
    Dron_kss_1
    Profinol
    serjksomov
    Titanolic
    chekushka
    Starters