Deprecated: mysql_escape_string(): This function is deprecated; use mysql_real_escape_string() instead. in /home/akademiy/public_html/site/engine/classes/mysqli.class.php on line 162 Ölmək dirilməkdir » Akademiya.net

       
Ad
Parol
 

 

 

Bölmələr
 
Arxiv
Yanvar 2011 (3)
Noyabr 2010 (1)
Sentyabr 2010 (3)
May 2010 (1)
Aprel 2010 (4)
Dekabr 2009 (2)
 
Son Şərhlər
Müəllif:
Mövzu: Tunis
Müəllif:
Mövzu: Tunis
Müəllif:
Mövzu: Tunis
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
 
Online
Online 0 :
Online yoxdur .

Robotlar: 0
Online yoxdur .

Qonaqlar: 4
Ümumi: 4

Son 20 Online Üzv :
Admin arcer
bomxboss Diser_of
firolec117 habroider
laztmf207 poliqarp
Profinol PromoParty
retr257 romych1985
sa684 serjksomov
siNoPtik Starters
tanushe4ka2008 Titanolic
wodqow X-Glamure

 
Dost Saytlar
» Xəzər Nəşriyyat
» Faydali.az
 

 

 

Ölmək dirilməkdir

 

 

 

 

 

 

alt    Dünyamızın ən maraqlı, diqqətçəkən hadisələrindən biri körpənin doğuşudursa, əhəmiyyətinə görə ondan heç də geri qalmayan ikinci hadisə də ölümdür. Uzun və keşməkeşli yol keçdikdən sonra ağlayaraq dünyaya gözlərini açan insan öz harayı ilə sanki bu dünyada başına gələcək bəlalardan, cəfalardan xəbər verir. Doğrudan da, bu dünyada daimi rahatlıq tapmaq mümkün deyildir; hərdən bir biz tərəflərə baş çəkən xoş hadisələr isə yay yağışı kimi yalnız ötəri sərinləməyimizə kömək olur.

   Sonsuz yaşamaq üçün proqramlaşdırılmış insan ruhu fani dünyanın müvəqqəti sevincindən, ləzzətindən razı qala bilmir. Bəlkə elə buna görədir ki, maddədən, materiyadan aldığımız əsrarəngiz ləzzətin belə əzabını nə vaxtsa çəkməli oluruq. Bəli, həqiqi və sonsuz ləzzət ruhumuzun qidalanmasına xidmət edən nemətlərdəndir. Daim stres içində yaşayan və narahatçılıqdan heç cür qurtula bilməyən XXI əsr insanının bu halını yalnız ruhunun aclığı ilə izah etmək mümkündür.  

***

Gəmiyə minməkdən qorxan birisinə dostu axşam vaxtı dənizdə qısa səyahətə çıxmağı təklif edir. Həmişəki kimi onun cavabı belə olur: “Qorxuram, bata bilərik!” Daha sonra aralarında belə bir ibrətamiz dialoq keçir. Dostu: “Bu limanda neçə gəmi var?” O: “Min dənə olar”. Dostu: “Hər il buradakı gəmilərdən neçəsi batır, bilirsənmi?” O: “Bir, ya da iki dənə. Elə olur ki, heç biri də batmır”. Dostu: “İldə neçə gün var?” O: “Üç yüz altmış”. Dostu: “Sənin qorxuna səbəb olan hadisənin baş vermə ehtimalı üç yüz altmış mində birdir. Bəs sən bundan sonra nə qədər yaşayacağını təxmin edirsən?” O: “Mən çox qocayam, uzağı daha on il ya qalaram, ya gedərəm”. Dostu: “Əcəlin vaxtı məlum olmadığından hər gün ölmək ehtimalın var. Deməli, geri qaldığını düşündüyün üç min altı yüz günün hər birində vəfat etmək ehtimalın var. Yəni bu gəminin batmağından yüz dəfə artıq. Onda gəmiyə minmədən də hər gün ölüm qorxusu ilə titrə və ağla”... Allah qorxu hissini həyatımızı qorumaq üçün verib, onu məhv etmək üçün yox. Bədbəxt hadisənin baş vermə ehtimalı beş-altıda bir olsa, yenə də ehtiyat üçün qorxmağa dəyər. Yoxsa qırxda bir ehtimala görə qorxmaq ağılsızlıqdır, bu hiss həyatımızı əzab-əziyyətə çevirər.

***

Gözlərimizi bağlamaqla günəşi yox etmirik, sadəcə özümüz üçün qaranlıq çökdürmüş oluruq. Günəş kimi aydın bir həqiqət varsa, o da ölümdür. Ölümü guya görməmək ölüm gerçəkliyini aradan qaldıra bilməz. Ölümdən mənasız şəkildə qorxmaq yox, onu başa düşmək lazımdır! Qorxu ağıl və məntiqə yer qoymur, nəticədə mənasız hərəkətlər edirik. Doğrudur, ölümə çarə yoxdur, amma ölümü anlaya, ağlımızla müəyyən tədbir görə bilərik.

Ölüm dünyada yaşamaqdan azad olmaqdır, həyata fasilə verməkdir, bir yerdəyişmədir, sonsuz həyata dəvətdir və sonsuzluğadək uzanacaq bir həyatı məcburi salamlamaqdır. “Ol” əmri ilə bir qaranlıq məkandan dünyaya gəlmiş insan “öl” əmri ilə başqa bir qaranlıq məkana gedir. Ruh vücudun məhdud çərçivəsindən qurtularaq sərbəstliyə qovuşunca, orqanizm öz funksiyasını mənalı şəkildə tədricən itirir. Ona görə mənalı deyirəm ki, ən sadə canlı olan bitkilərin ölümündə belə sirli mənalar yatır. Meyvə və toxumların ölümü zahirən çürümək və dağılmaq kimi görünsə də, əslində bu, element və zərrələrin planlı şəkildə bir yerə toplanmasından ibarət olan sistemli bir kimyəvi prosesdir. Gözümüzlə görə bilmədiyimiz bu proseslərdə hər toxumun ölümü yeni bir sünbülün həyatının başlanğıcına səbəb olmaqdadır. 

     Ölüm əslində zahirən göründüyü kimi, dəhşətli bir hadisə deyil. İnanan insana görə ölüm həyat yükünün təhvil alınması, dünya meydanındakı imtahanın başa çatmasıdır; o biri aləmə getmiş əksəriyyət qohum və dostlarına qovuşmaq, həqiqi vətəninə və sonsuz səadət diyarına getmək üçün bir vasitədir. Ölüm dünya zindanından cənnət bağçalarına dəvətdir. Ona görə də ölümə dəhşətli bir hadisə kimi yox, mərhəmət və səadətin bir müqəddiməsi kimi baxmaq lazımdır. 

Əgər insan yalnız bədəndən ibarət olsaydı və həmişə bu dünyada yaşasaydı, o biri dünyaya ehtiyac qalmazdı. Amma ölüm var və bir gün fiziki vücudumuz mütləq torpağa qarışacaq. Yuxular və sonsuz səadət arzusu kimi duyğular da insanın yalnız bədəndən ibarət olmadığını göstərir. Deməli ağlı və ürəyi olan, daxilində əbədi xoşbəxtlik hissi daşıyan bir insanın yoxluğa məhkum edilməsi mümkün deyil.      

Qəbir qapısı həmişə açıqdır, ona görə də sonsuzluq səyahətinə çıxmış bir insan bu çətin marşrutun biletini düz seçməlidir. Bundan da əhəmiyyətli olan digər bir məsələ isə bunu digər səyahətçilərə də bildirməkdir.

“İnsan necə yaşayarsa, elə də ölər; necə ölərsə, elə də dirilər”. Mənalı həyat keçirən, bu dünyada iz buraxan, yaşadığı cəmiyyətə, o cümlədən bütün bəşəriyyətə faydalı olan insanların bir dəfə ölməyi əslində min dəfə dirilməyindən xəbər verir.

 

Dr. Səlim Özdəmir


  • Müqayisə
  • Göz möcüzəsi
  • Tənqid psixolgiyası
  • Marsın Sirləri
  • Həyatın əsl mənası
  • Elm və texnologiya üfüqləri
  • Hər ləkəni yuyan iksir
  • Güldürən düşündürən insan- Molla N& ...
  • Qənaət
  • Körpəni qoruyan kimdir?
  • İşıq və şüalar
  • KİMLƏRİN BARMAQ İZİ YOXDUR
  • Mübarək üç aylar
  • Ulduzların sürüşməsi
  • Suya da göz dəyərmiş?!
  •  (Səslər #: 7)

     
    Baxılıb: 6045 Müəllif: hazin 21 İyun 2009 Şərhlər (6)

     

    1 Müəllif: Ruzigar (5 İyul 2009 11:15)
     
    Ela super, adeten menim hoselem catmir bele meqaleleri axira kimi oxumaga amma bu sefer axiraca oxuduguma ozumde tecublendim.
    Evela meqalenin evelindeki dostlarda birinin gemiye minmekden qordugu ve diger dostun ona uzun uzadi her sheyi yerbe yer izah etmesi ile bagli olnu elave elemek isteyiremki Allah ikisinede qeni qeni rehmet elesin gemileri batanda qorxan dost uzundeki deyshetli bir ifade ile o birisine qishqirara dediki ....men sene demishdim axi ureyime damib, sen ise mene lotereya qaydalarini izah edisen bu da cekpot...........!!!
    Meqaleni axira kimi oxudum cunki meqalenin adinda heqiqet var ortalarinda ne qeder heqiqet var deqiq bilmesemde adinda eminemki heqiqet var. Cunki nezere alarq ki kainat bir az boyukdur geli meseleye soyuq qanli qatil kimi baxaq... bundan evelki heyatimiz nece olub?!..... nece? .... xatirlamamaginiz normaldi... Ana betninde 9 ay muddetinde o dunyada boyumushuk sonra o dunyanin qanunlarina gore qocalmishiq olub dunyamizi deyishmishik ve bu dunyaya gelmishik. Uhsaq dunyaya gelende niye agliyir? nu tebii ki bunu hekimde sorucsaq deyece ciyarlarina hava getmesi ucun aglamalidir ve.s onun ucun hekimde sorucmayaq ozumuz dushunek, ona gore agliyirki ushaq (caga) anasinin qarninda olanda teseffur eliye bilmirki gobeyini kesenden sonra o yashiya biler cunki ona can veren... qidani gobeyinden alir... nu ona gore ushaq panikaya dushur olumden de qorxur ve bashliyir aglamaga.
    Bu bizim evelki heyatimiz bes onda evelki heyatimiz? onda evelkide Atasinin..... huceyre sheklinde olub, ordada hardasan deyeki 9 gun yashiyib... Tendensiya fikir verek huceyre kimi 9 gun ana betninde 9 ay bu dunyada hardasa 90 il boyuk etimal bu dunyadan sonrada ruh ve.s fomrada 900 il yashama etimalimiz var. Mence sonsuz ebedi deyilen bir shey oxdur huceyre ucun 9 ay sonsuz gorune biler ana betnindeki ushaq ucun 90 il sonsuz gorune biler bizim ucun 900 il sonsuz gorune biler, sonsuz ve ebedi deyil sadece coxdu bize sonsuz gorunur. Olum var ve bu tebii prosesdi ne qorxmaq lazimdi ne qacmaq.
    Hele biz coooox olub dirilecik dediyimki kainat bir az (cut-cut) boyukdur....!!!
     

     

    2 Müəllif: tyuiroll (20 Avqust 2009 21:26)
     
    . , ..
    ...

     

     

    3 Müəllif: NEO (7 Yanvar 2010 17:53)
     
    Bravoooo
     

     

    4 Müəllif: Divine (23 May 2010 14:40)
     
    Dunenim, bu gunumun dusmenidir. Bu gunum, sabahimin hdiyyesidir. Sabahim, hec neden xebersizdir...
     

     

    5 Müəllif: Kelwhorie (16 Yanvar 2020 06:35)
     
    Farmaci Con Dapoxetina Priligy Rite Aid Cialis Buy Generic Prednisone Cheap Doryx No Prescription Needed
     

     

    6 Müəllif: Lesastode (22 Yanvar 2020 11:58)
     
    Dosage Amoxicillin where to buy cialis online safely Can I Take Aleve With Amoxicillin <a href=http://cialibuy.com>cialis 20mg for sale</a> Purchase Direct Macrobid Cystitis Online Drugs Shop
     

     

    Şərh yaz
     

     

    Include security image CAPCHA.
    Kodu yenilə



     
     

     

    Ən Baxımlılar
     
     
    Səs Vermə
     
    Ordan-Burdan
    » Mahmud Zəncani
    » LCD texnologiya
    » Göz möcüzəsi
    » Bal pətəyinin riyazi sirləri
    » Ölmək dirilməkdir
    » BİR AĞAC KƏSSƏK NƏ OLAR?
    » Ulduzların sirləri
    » Allah sözündəki möcüzə
    » Qənaət
    » Mübarək üç aylar
     
    Təqvim
    «    İyun 2009    »
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
     
     
     
    Statistika
    Top Contributors:
      1    Admin 83
      2    hazin 5


    Articles:
      This Hour: 0
      Today: 0
      This Month: 0
      All Time: 86


    Membership:
      Registered Today :0
      This Hour:0
      This Month:0
      Total:25
      Banned:0

    Yeni Üzvlərimiz:
    lsiurog3
    arcer
    habroider
    laztmf207
    Dron_kss_1
    Profinol
    serjksomov
    Titanolic
    chekushka
    Starters