Deprecated: mysql_escape_string(): This function is deprecated; use mysql_real_escape_string() instead. in /home/akademiy/public_html/site/engine/classes/mysqli.class.php on line 162 Orxan adı haradan gəlir » Akademiya.net

       
Ad
Parol
 

 

 

Bölmələr
 
Arxiv
Yanvar 2011 (3)
Noyabr 2010 (1)
Sentyabr 2010 (3)
May 2010 (1)
Aprel 2010 (4)
Dekabr 2009 (2)
 
Son Şərhlər
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Suya da göz dəyərmiş?!
 
Online
Online 0 :
Online yoxdur .

Robotlar: 0
Online yoxdur .

Qonaqlar: 2
Ümumi: 2

Son 20 Online Üzv :
Admin arcer
bomxboss Diser_of
firolec117 habroider
laztmf207 poliqarp
Profinol PromoParty
retr257 romych1985
sa684 serjksomov
siNoPtik Starters
tanushe4ka2008 Titanolic
wodqow X-Glamure

 
Dost Saytlar
» Xəzər Nəşriyyat
» Faydali.az
 

 

 

Orxan adı haradan gəlir

 

 

 

 

 

 

alt     Azərbaycan antroponimləri sistemində elə adlara rast gəlinir ki, xalqımızın soy kökünün aşkara çıxarılmasında onların da müəyyən rolu vardır. Belə adlardan biri də Orxan antroponimidir. Təkcə Azərbaycan dilinin deyil, bir sıra türk dillərinin antroponimləri sırasında özünə yer tutan Orxan adı ən qədim sözlərimizdən biri olmaqla yanaşı, həm də ad kimi formalaşan ilk antroponimlərdəndir desək, səhv etmərik. Bu antroponimin türk mənşəli olduğuna heç bir şübhə yoxdur, lakin bizi maraqlandıran onun etimologiyası məsələsidir.

Orxan antroponimi iki komponentdən-or və xan hissəciklərindən ibarətdir. Əslində bunların hər ikisi ayrılıqda sərbəst sözlərdir. Doğrudur, hazırda or sözünün nə ədəbi dilimizdə, nə də dialekt və şivələrimizdə sərbəst işləndiyi hallara təsadüf olunmur, lakin həmin sözün əsasında yaranmış sözlərə tez-tez rast gəlirik. Məsələn, ordu, orman, örüş, ərənə və s. sözlərin yaranması or kökünün hesabına mümkün olmuşdur. Belə sözlər həm Azərbaycan ədəbi dilində, həm də dialekt və şivələrimizdə geniş miqyasda işlənir.

Qeyd etmək lazımdır ki, or kökü özünün inkişaf dövrlərində müstəqil bir vahid kimi işlənərək, “yer” mənası bildirmişdir. Bu söz bütün qədim türk mənbələrində “yer” mənasında qeyd olunmuşdur. Müasir Azərbaycan dilində işlənən “yerləşmək” feili bir sıra türk dillərində “ornaşmaq” şəklində işlənib, həmin mənanı bildirərək, öz əsasında or kökünü saxlamışdır. Əslində, Azərbaycan dilində işlənən “yer” sözü də or kökünün variantıdır.

“Or” kökünün qədimliyini bir sıra lüğət və bənbələrlə yanaşı türk xalqlarının qədim mifik dünyagörüşünü ifadə edən əfsanələr, yazılar da təsdiqləyir.

Türk xalqlarının İslamdan əvvəl miflərlə dolu həyatını əks etdirən kitablarda onların tapındığı, etiqad gətirdiyi bir sıra tanrılarla yanaşı, Yer tanrısının adına da rast gəlirik. Müxtəlif türk tayfalarında bu tanrı Or təkin, Or xan və Erlik (Yerlik) kimi tanınmışdır. Göründüyü kimi, qədim mifik görüşlərdə “yer tanrısı” kimi meydana çıxan “or” kökü zaman keçdikcə, yarandığı dövrdən uzaqlaşdıqca özündə ilk mənasını qoruyub saxlayaraq onlarla digər sözün də əmələ gəlməsi üçün baza rolunu oynamışdır. Orxan antroponimin ikinci komponenti kimi çıxış edən “xan” sözünün mənası aydındır. Bu söz də ən qədim türk mənşəli sözlərimizdən biri olub, titul xarakteri daşıyır. T.A.Bertaqayev isə bu sözü etimoloji baxımdan izah edərək belə qənaətə gəlmişdir ki, “xan” sözü “xaqan” sözünün fonetik modifikasiyaya uğramış variantıdır və öz inkişafında “xaqan-xaan-xan” kimi forma dəyişikliyinə uğramışdır. Yarandığı ilk dövrlərdə “xan” sözü “göylər tərəfindən göndərilmiş hakim” mənasında başa düşülür və işlənirdi. Sözün inkişafının sonrakı dövrlərində mənası darlaşıb, sadəcə olaraq, “hakim”, “imperator” mənası daşımışdır.

Yuxarıda dediklərimizi ümumiləşdirərək, belə bir nəticəyə gəlmək olur ki, müasir Orxan antroponimi bir söz kimi ilk dəfə meydana çıxarkən, bütövlükdə “yerin göylər tərəfindən göndərilmiş hakimi” mənasında işlənmiş, zaman keçdikcə isə sadəcə “Yer tanrısı” mənası daşıyaraq, sonralar “Orxan” adı kimi bir sıra müasir türk dillərinin antroponimlər sistemində özünə daimi yer tutmuşdur.

 

Kübra QULİYEVA

Filologiya elmlər namizədi

(“Elm və Həyat” jurnalı. 1991-4)


  • TÜRK XALQLARININ COĞRAFİ KƏŞFLƏRİ
  • Azərbaycan ordusu dünənimizin, bu günümüz ...
  • Coğrafiya tarixi - 2
  • Memar Əcəmi Naxçivani
  • Azərbaycan ordusu dünənimizin, bu günümüz ...
  • Heliumun kəşfi
  • Güldürən düşündürən insan- Molla N& ...
  • Coğrafiya tarixi
  • Yaponların kağız əfsanəsi: oriqami
  • İSKƏNDƏR MÜNŞİ
  • Mahmud Zəncani
  • Abdulla Şaiq
  • Nizami Gəncəvinin qələmindən Allah - 1
  • Gözlənilən xilaskar
  • Tailand
  •  (Səslər #: 11)

     
    Baxılıb: 12563 Müəllif: Admin 19 İyun 2009 Şərhlər (0)

     

    Şərh yaz
     

     

    Include security image CAPCHA.
    Kodu yenilə



     
     

     

    Ən Baxımlılar
     
     
    Səs Vermə
     
    Ordan-Burdan
    » Suya da göz dəyərmiş?!
    » Balıqlar su içirmi?
    » Azərbaycanda kredit sistemi
    » Öyrənmənin 7 prinsipi
    » Ölmək dirilməkdir
    » DİRSƏYİMİZ DƏYƏNDƏ NİY& ...
    » TƏRAVİH NAMAZI
    » Yaponların kağız əfsanəsi: oriqami
    » Vücudumuzda nə qədər qan var?
    » Ən qiymətli şey
     
    Təqvim
    «    İyun 2009    »
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
     
     
     
    Statistika
    Top Contributors:
      1    Admin 83
      2    hazin 5


    Articles:
      This Hour: 0
      Today: 0
      This Month: 0
      All Time: 86


    Membership:
      Registered Today :0
      This Hour:0
      This Month:0
      Total:25
      Banned:0

    Yeni Üzvlərimiz:
    lsiurog3
    arcer
    habroider
    laztmf207
    Dron_kss_1
    Profinol
    serjksomov
    Titanolic
    chekushka
    Starters