Deprecated: mysql_escape_string(): This function is deprecated; use mysql_real_escape_string() instead. in /home/akademiy/public_html/site/engine/classes/mysqli.class.php on line 162 Tənqid psixolgiyası » Akademiya.net

       
Ad
Parol
 

 

 

Bölmələr
 
Arxiv
Yanvar 2011 (3)
Noyabr 2010 (1)
Sentyabr 2010 (3)
May 2010 (1)
Aprel 2010 (4)
Dekabr 2009 (2)
 
Son Şərhlər
Müəllif:
Mövzu: Tunis
Müəllif:
Mövzu: Tunis
Müəllif:
Mövzu: Tunis
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
 
Online
Online 0 :
Online yoxdur .

Robotlar: 0
Online yoxdur .

Qonaqlar: 3
Ümumi: 3

Son 20 Online Üzv :
Admin arcer
bomxboss Diser_of
firolec117 habroider
laztmf207 poliqarp
Profinol PromoParty
retr257 romych1985
sa684 serjksomov
siNoPtik Starters
tanushe4ka2008 Titanolic
wodqow X-Glamure

 
Dost Saytlar
» Xəzər Nəşriyyat
» Faydali.az
 

 

 

Tənqid psixolgiyası

 

 

 

 

 

 

alt     Hər şeyi tənqid edən bir nəfər bir rəsmi də tənqid edirmiş. Yanındakı: “Sən heç bu qədər gözəl bir əsər meydana gətirdinmi?” soruşduqda, “Dostum, mən yumurtlamağı bilmirəm, amma bir yumurtanın sağlam yoxsa çürük olduğunu yaxşı bilirəm” - deyə cavab verir.

    Kiminsə tənqid etdiyinin və ya kiminsə tənqid edildiyinin tez-tez şahidi oluruq. Görəsən insanlar niyə tənqid edir? Tənqid etməyin arxasındakı psixologiya nədir? Tənqidin faydalari varmı? Müsbət tənqid necə edilir? Tənqidin insan psixologiyasına təsirləri nələrdir?

Tənqid – şifahi, yazılı və ya feli ola bilər. Lüğət mənası ilə tənqid – hər hansı bir insan, əsər və ya mövzunun doğru-yanlış, əskik-artıq, gözəl-çirkin cəhətlərini tapıb göstərmə işidir. Tənqidin əxlaqi cəhətdən yaxşı və ya pis dəyərləndirilməsi; kimə, nə vaxt, hansı dərəcədə, hansı məqsədlə və hansı niyyətlə edildiyindən asılıdır. Bu baxımdan tənqid, müsbət tənqid (faydalı olan) və mənfi tənqid (zərər verən) olaraq iki yerə bölünür. Tənqidin təsiri də yuxarıdakı söylədiyimiz xüsusiyyətlərə görə fərqli ola bilər.

 

İnsan nə üçün tənqid edir?

Fərdi və ictimai həyatın daha da yaxşılaşması üçün xətaların fərq edilib lazımi qaydada ifadə edilməsi yararlıdır. Ancaq bu ifadə formasının insana və ətfarına zərər verməməsi, ifadələrin müsbət niyyətli olması vacibdir. Bu formada edilən müsbət tənqidlərdə səhvləri düzəltmə mülahizəsi vardır. Ailə və cəmiyyətdə mənfi tənqidə bağlananlar getdikcə hər şeydə bir əskiklik axtararlar. Bu şəkildə tənqidin bir alışqanlıq kimi edilməsi müşahidə olunur. Zərərli tənqidin arxasında hissi və nəfsi mülahizələr yata bilər. Rəqabət və qısqanclıq da insanı davamlı tənqidə aparar. Bu durumda tənqidə mövzu olan xüsusiyyəti düzəltmə və həll etmə qayəsi olmadığı üçün iki tərəf də bundan zərər çəkər. Qısaca, “üzüm yemək yerinə bağbanı döymək” üçün danışmaq olmaz. Dəyərləndirmələrdə səmimi olmaq, hissi və nəfsi mülahizələri tərk etmək vacib faktordur. Beləliklə, zərərli tənqidin qarşısını almış olarıq.

Zərərli tənqid ictimai bir xəstəlik halına çevrilə bilər. Məsələn, KİV-də məşhur olan insanlar belə bəzən duyğularına məğlub olaraq zərərli tənqid edirlər. Televiziyalardakı bəzi müzakirə proqramlarındakı insanlar tənqiddən çox qarşı tərəfə maddi-mənəvi zərər verməyə çalışırlar. Qarşıdakı insan nə deyirsə desin onu dediklərini tənqid etməyə çalışırlar, bu da şəxsi mənfəətin qorunması məqsədini daşıyır. Beləliklə, mənlik və ənaniyyətin mənfi tənqidi artırdığının şahidi oluruq.

 

Tənqidçinin psixologiyası

Mənfi tənqidlərdə empatiya çatışmazlığı mövcuddur. Qarşıdakı insanın vəziyyəti nəzərə alınmır. Lazımi qədər empatiya qura bilən insanlarda mənfi tənqid çox az olar. Mənfiliyə fokuslanan və ümidsiz insanlarda çatışmayan cəhəti tapma həvəsi daha çoxdur. Hamının və hər hadisənin əskik və yanlışlıqları onlara təsir edir. Bikef və distimik (uzun müddətli kefsizlik halı) insanlarda iradi və ya qeyri-iradi ümidsizlik tənqidi çoxaldar. Bu vəziyyətdə insanlar içində olduqları durumu hiss etməyə bilərlər. Ətrafındakı insanlar bunu fərq etməli və belə insanlara kömək etməlidir. Məsələn, ümidsiz bir uşaq oynadığı yoldaşlarının ona qarşı olan normal münasibətini qəsd kimi dəyərləndirə bilər, beləliklə onları tənqid edər və sevilmədiyini düşünər. Bu durumda onu yaxından tanıyan insanlar onunla maraqlanmalıdır. Çox mükəmməlçi insanlarda, özünü və başqalarını davamlı dəyərləndirmə, xətaları tapıb meydana çıxararaq hər şeyin xətasız olmasını istəmə hərəkəti müşahidə edilir. Mükəmməlçi insanlar ətrafındakıların xətalarını taparaq stressin artmasına səbəb olarlar. Məsələn, mükəmməlçi bir ana, uşağının dörd almasını qəbul etməz, həmişə beş almasını istəyər. Bu isə uşaqda stressin artmasına, müvəffəqiyyətinin azalmasına gətirib çıxara bilər. Ən mükəmməli istəmək və gözləmək bəzi gözəlliklərin sönməsinə səbəb ola bilər.

Tənqidçinin şüur altında “Mən daha yaxşı bilirəm, daha yaxşı edərəm” kimi bir düşüncəsi ola bilər. Bu düşüncə ilə insanların və ya hər hansı bir hadisənin səhv tərəflərini tapar. Buna istinadən qarşıdakı insandan daha yaxşı bildiyini özünə görə isbat etmiş olar. Beləliklə, ənaniyyətin artmasına səbəb olar. Bu cür tənqid getdikcə daha da mənfi mahiyyətə çevrilər.

Bəziləri isə xətalarını qeyri-iradi olaraq örtmək üçün tənqid edər. Xüsusilə iş yerlərində bu daha çox yayılmışdır. Başqaları tənqid edildikdə və ya əskik tərəfləri tapıldıqda, tənqidçi, yerinin möhkəmləndiyini zənn edər, xətalarının örtüldüyünü düşünər. Ailədə də səhvlərin başqalarına yüklənməsi fərdin öz səhvini düzəltməsinə mane olar və ailə daxili münasibətlərin zədələnməsinə yol açar. Davamlı hər şeyi və hər kəsi mənfi dəyərləndirən insanlar, özlərini stresə yuvarladıqları kimi ətraflarına da neqativ enerji yaydıqları üçün yalnız qalarlar.

 

Tənqid edilənin psixologiyası

Söylənən hər sözün qarşı tərəfdə bir əksi yaranır. Bu əks müsbət və ya mənfi ola bilər. Dəyərləndirməmişdən əvvəl nəyi nə üçün tənqid etdiyimizi və bunun nəticəsində kimin nə qədər faydalanacağını hesablamalıyıq. Söylədiklərimizlə sadəcə qarşı tərəfə mesaj verməklə kifayətlənməyib, o insanın qısa, orta və uzun müddətdəki davranışlarına da təsir etdiyimizi unutmamalıyıq. Müsbət üslubu saxlaya bilmədiyimiz dəyərləndirmədə qarşı tərəfə zərər verə bilərik.

Tənqid daha çox tənqid ediləndə stresə çevrilər, bu da insanların bir-birlərindən uzaqlaşmasına səbəb olar. Hər şeyi zərərli şəkildə tənqid edən insanların ailədə də tək olduqları hiss olunur. Heç kim ona öz dərdini danışmaq istəməz, çünki həmişə mənfi dəyərləndirməkdədir. Tənqid ilə birlikdə həmsöhbətdə incimə və xaric edilmə duyğusu yarana bilər. Bir insana davamlı əskik tərəflərini söylədikdə o insanın özü haqqında fikri mənfi istiqamətdə dəyişər. Özünü bacarıqsız hiss edər. Narahatçılığı artar. Narahatçılıq və stresi artan insanların da xətaları çoxalar.

Tənqid ilə həmsöhbətin ya cəsarətinin azalaraq passivləşməsinə və yaxud daha da hiddətlənməsinə səbəb oluna bilər. Davamlı tənqid edilən insanlarda tənqid edilmə qorxusu ilə cəsarətsizlik baş verər. Tənqid edilən insan tənqid edənə hirsləndikdə aradakı dialoq pozular.

Bir insanın və ya şeyin bir çox gözəl cəhətləri olduğu halda, yalnız səhv tərəflərini aşkarlamaq haqlılıq və ədalətə münasib deyil. Tənqid edilən insanın gözəl tərəflərinin görülməməsi onun gözəl yanlarının azalması deməkdir. Bir bağçada onlarla gözəl çiçək olduğu halda sadəcə bir neçə yabanı ota ilişib qalmaq o çiçəklərin azalmasına səbəb olar. Davamlı tənqid edilən insanın kefsizləşməsi və özünə qapanması qaçınılmazdır.

 

Müsbət tənqid necə olur?

Bir mövzunu və insana dəyərləndirərkən niyyətimiz və seçdiyimiz üslub çox vacibdir. Qarşı tərəfin tənqidimizdən istifadə etməsində ən vacib ünsür niyyətimizdir. Davranışlarımız və mövzuya yanaşmamızla niyyətimizin yaxşı olduğunu hiss etdirməliyik. Həmsöhbətin bizə qarşı çıxış etməsindən ehtiyat etməliyik. Tənqid yumşaq formada edilməlidir. Beləliklə də müsbət davranmış olarıq. Qarşı tərəfin dediklərimizi qəbul etməsi və görüşlərimizdən istifadə etməsi üçün zəmin hazırlamış olarıq. Niyyətimizin və üslubumuzun yaxşı olmadığı təqdirdə, həm bizdən uzaqlaşmasına, həm də görüşlərimizi qəbul etməməsinə səbəb olarıq.

Dəyərləndirdiyimiz şeyin anlayışımıza görə əskik və səhv tərəfləri varsa, subyektiv tənqid etmiş olarıq. Meyar və standartlara görə dəyərləndirmişiksə, deməli obyektiv tənqid etmişik. Buna belə misal vermək olar. Tənqidə başlayanda “məncə, mənə görə, mənim anlayışıma görə” kimi ifadələr qarşı tərəfin qəbul etməməsinə səbəb ola bilər. Bunun əvəzinə isə obyektiv ifadələr işlətsək, “bir kitaba görə, bir böyük alimin dediyinə” şəklində ifadələr faydalı nəticə verə bilər.

Müdürlərimizin və ya təcrübə və biliyi çox olan insanların tənqidi müsbət qəbul edilər. Çünki bu insanların fikrini bildirməsi ilə qarşı tərəfin yaxşılığı, faydası və müsbətliliyi təmin olunur. Bir çox insan bu insanlardan qəbul etdiyi tənqidlərlə özünü yetişdirər və əskikliklərini azaltmağa çalışar. Tənqiddəki qayəmiz qarşıdakı insanın xətasını düzəltmək olsa da, o xətanın yerləşməsinə gətirib çıxara bilər. Bir insana səhv söyləməkdənsə, ona necə olmalıdır onu söyləməliyik. Əgər qarşıdakı insan xətalarının söylənməsinə vərdiş edibsə, bu insanları tez-tez tənqid etmək düzgün deyil. Bu cür insanlara xətalarını söylədikcə xətaların yerləşməsi meydana gələ bilər. Bunun əvəzinə, bu insanların müsbət cəhətlərin önə çıxarıb əskik tərəflərinə işarə etmək daha faydalıdır. Məhəmməd Peyğəmbər (səs) insanların xətalarını adını çəkmədən düzəltməyə çalışmışdır. Şəxslərin xətalarının ön plana qoyulması, adı çəkilərək danışılması, şəxsin psixologiyasına görə uyğun olmaya bilər. Bu mövzuda Peyğəmbərimiz (səs) bizə rəhbərdir.

Uşaqlarda olan münasibətlərdə onların yaxşı tərəflərini önə çəkmək vacibdir. Məsələn, sinifdə bir sual soruşdunuz. Şagirdlərdən biri cavab verdi, ancaq cavab səhvdir. Bu durumda səhvə işarə etmədən şagirdin müsbət tərəflərini, cavabındakı bilgi hissələrindən istifadə edərək ona kömək etməliyik. Bundan sonra cavabın səhv olduğunu ifadə etmək olar. Onda şagird inciməz və sonrakı suallarda cavab vermə cəsarətini itirməz.

Komanda kimi işləyənlərin öz yoldaşlarını tənqiddən qaçmalıdır. Tənqid edən şəxs başqalarının tənqidə başlamasına qapı açar; dedi-qodu və qeybətin artmasına səbəb olar. Bununla da birlikdə çalışma ruhu zədələnər. İnsanlar davamlı bir-birlərinin səhvlərini görməyə başlayar. Qardaşlıq və yoldaşlıq zərərə uğrayar.

 

Nəticə

Müsbət tənqidin faydalarına müqabil mənfi tənqidin zərərləri vardır.

Hər şeyi tənqid edənlər özlərini də nəfis mühasibəsinə tabe tutmurlarsa, bu vəziyyət onların xətalarını düzəltmələrinə maneə təşkil edər. Həmişə başqalarını tənqid edənlər öz xətaları mövzusunda da o qədər həssas olmalıdırlar.

Tənqid vərdişi dedi-qodu və qeybəti özü ilə birlikdə gətirər. Bu səbəblə tənqidə başlayan şəxs bir müddət sonra qeybətə yaxalana bilər.

Gözəli təqdir etmək hər zaman təşviq edici bir davranışdır. “Gözəl görən gözəl düşünər, gözəl düşünən həyatından ləzzət alar” ifadəsi bizim üçün gözəl örnəkdir. Həyata baxışımız bu cür olarsa, həm qəlb qırmamış, həm də müsbət davranmış olarıq.

 

Qaynaq

- Sızıntı Jurnalı, Türkiyə


  • Öyrənmənin 7 prinsipi
  • Mühəndislik perspektivindən qiyamət
  • Bal pətəyinin riyazi sirləri
  • Elm və texnologiya üfüqləri
  • Ətraf mühitin təmizliyi
  • Allah-Təalaya yaxınlaşma fürsəti
  • Şifrəmiz vücudumuzdur
  • Marsın Sirləri
  • Ürək möcüzəsi
  • Çox axtarılan qızıl
  • Siqaret bəlasından qurtulmaq üçün gözəl ...
  • Beyin fırtınası və düşüncə tanklar& ...
  • Həyatın əsl mənası
  • RAMAZANI NECƏ BAŞA DÜŞƏK
  • Hər ləkəni yuyan iksir
  •  (Səslər #: 29)

     
    Baxılıb: 6280 Müəllif: Admin 18 İyun 2009 Şərhlər (2)

     

    1 Müəllif: luisa (28 Avqust 2009 04:44)
     
    cox sag ol cox maraqli movzudur.
     

     

    2 Müəllif: Lesastode (21 Yanvar 2020 21:23)
     
    Cialis 2.5 Buy Cialis Efectos Secundarios Cialis 20 Mg <a href=http://cialibuy.com>generic cialis</a> Kamagra Aus China
     

     

    Şərh yaz
     

     

    Include security image CAPCHA.
    Kodu yenilə



     
     

     

    Ən Baxımlılar
     
     
    Səs Vermə
     
    Ordan-Burdan
    » Gil torpağın quruluşu və faydaları
    » LCD texnologiya
    » Həyatın əsl mənası
    » Dünyanın ən kiçik ölkəsi
    » Turbulens
    » İşıq və şüalar
    » Dünyanın ən böyük çiçəy ...
    » Mühəndislik perspektivindən qiyamət
    » Yaz məni, yaz, ya RƏBBİM
    » Nizami Gəncəvinin qələmindən Allah - 1
     
    Təqvim
    «    İyun 2009    »
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
     
     
     
    Statistika
    Top Contributors:
      1    Admin 83
      2    hazin 5


    Articles:
      This Hour: 0
      Today: 0
      This Month: 0
      All Time: 86


    Membership:
      Registered Today :0
      This Hour:0
      This Month:0
      Total:25
      Banned:0

    Yeni Üzvlərimiz:
    lsiurog3
    arcer
    habroider
    laztmf207
    Dron_kss_1
    Profinol
    serjksomov
    Titanolic
    chekushka
    Starters