Deprecated: mysql_escape_string(): This function is deprecated; use mysql_real_escape_string() instead. in /home/akademiy/public_html/site/engine/classes/mysqli.class.php on line 162 Öyrənmənin 7 prinsipi » Akademiya.net

       
Ad
Parol
 

 

 

Bölmələr
 
Arxiv
Yanvar 2011 (3)
Noyabr 2010 (1)
Sentyabr 2010 (3)
May 2010 (1)
Aprel 2010 (4)
Dekabr 2009 (2)
 
Son Şərhlər
Müəllif:
Mövzu: Tunis
Müəllif:
Mövzu: Tunis
Müəllif:
Mövzu: Tunis
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
 
Online
Online 0 :
Online yoxdur .

Robotlar: 0
Online yoxdur .

Qonaqlar: 4
Ümumi: 4

Son 20 Online Üzv :
Admin arcer
bomxboss Diser_of
firolec117 habroider
laztmf207 poliqarp
Profinol PromoParty
retr257 romych1985
sa684 serjksomov
siNoPtik Starters
tanushe4ka2008 Titanolic
wodqow X-Glamure

 
Dost Saytlar
» Xəzər Nəşriyyat
» Faydali.az
 

 

 

Öyrənmənin 7 prinsipi

 

 

 

 

 

 

altDövrümüzdə, təhsil müəssisələrinin bir çoxunda hakim olan köhnəlmiş tədris anlayışına görə, məlumatlar insanların beynində yığılıb saxlanıla bilər. Öyrənmək; məlumatların öyrənənin zehninə köçürülməsi prosesi kimi, öyrətmək isə; bu köçürməni təsirli şəklə gətirmək kimi qəbul edilməkdədir. Öyrənmə mövzusunda tədqiqatlar aparan İRL adlı bir institut yeni bir nəzəriyyə ilə çıxış edərək, öyrənmənin qarşılıqlı olaraq dünyanı anlamaqdan ibarət olduğunu və zəkanın da təcrübədən ayrıla bilməyəcəyini bildirdi. Bu institut öyrənmə haqqında 7 prinsip müəyyənləşdirdi.

1 – Öyrənməyin ictimai ölçüsü çox önəmlidir.

Məktəblər və müəssisələr çox vaxt işçilərini öyrənmək və ictimai fəaliyyətlər mövzusunda xəta etməyə məcbur edirlər. Müəyyən bir peşənin sahibi olan yeniyetməni müvəffəq və səmərəli edən ünsürlərdən biri də, onların iş həyatları ilə ictimai həyatlarını bir-birinə uyğun hala gətirmə qabiliyyətidir. Bu insanlar şəxsiyyətlərini və ictimai münasibətlərini bilikləri və cəmiyyətə qatqıları sayəsində inkişaf etdirirlər. Halbuki onların cəmiyyətdəki tələbə və fəhlə işçilərdən fərqli davranmaları gözlənilir.

2 – Bilik cəmiyyətin həyatı ilə ahəng içərisindədir.

Bilik, fəaliyyət və ictimai münasibətlər bir-birləri ilə çox sıx əlaqədədir. Bu bir ailə üçün də etibarlıdır. Bir elmi-tədqiqat qrupu, bir komanda, bir musiqi qrupu və ya layihə işçiləri üçün də. Müştərək bir təşəbbüs çərçivəsində toplanan insanlar; işləri yerinə yetirmək, danışmaq, anlaşmaq yolları təhqiq edib bu metod, prinsip və dəyərləri bölüşürlər. Bu təşəkkülləri “icraçı icma” kimi tərif etmək olar, çünki əməkdaşlar yalnız üzv olmaqla kifayətlənmir, şərik iş görmə üsullarından da istifadə edirlər. Hər fərd bir çox icraçı icmaya üzvdür və üzv olmaq üçün səy göstərir. Bu icmalarda ictimai münasibətlər fəaliyyətlər ətrafında təşəkkül edir. Fəaliyyətlər münasibətlərə görə formalaşır, müəyyən bilik və mütəxəssislik fərdlərin kimliklərinin bir hissəsi halına gəlir və onların icmadakı yerini müəyyənləşdirir. Müştərək bilik bu fəaliyyətin əsasını təşkil etdiyi üçün öyrənmək, bir cəmiyyətə üzv olmaq və ictimai fəaliyyətlərdə iştirak etmək vasitəsidir.

3 – Öyrənmək bir üzvlük fəaliyyətidir.

Öyrənmək tək başına bir fərdin fəaliyyəti deyil, başqaları ilə birlikdə iş görmək üçün mühüm bir vasitədir. Öyrənmək; bir insanın yeni icraçı icmaya girməsi, onlara qatqıda olması və davamlı yerini bir daha nəzərdən keçirməsi deməkdir. Hər öyrənmə fəaliyyəti fərdin kimliyində və cəmiyyətlə münasibətində bir dəyişiklik meydana gətirir. Öyrənmə motivasiyasının artırılmasında iştirak arzusu ilə bu iştirakı mümkün qılan yeni bilginin rolu çox əhəmiyyətlidir. Digər bir ifadə ilə, bir cəmiyyətin icra işlərində iştirak etmək istəyən və yeni önəmli biliyə malik insanların öyrənmə motivasyonu yüksəkdir.

4 – Öyrənmək təcrübədən keçirməyə bağlıdır.

Siniflərdə bilik mücərrəd olaraq təqdim edilir və şagirdlərin də bu biliyi mücərrəd olaraq nümayiş etdirməsi gözlənilir. Məlumatlar dünyada saf halda deyil. İnsanlar səbir və səylə, müşahidə və təcrübələrlə bu məlumatları əldə edirlər. Ömür boyu öyrənən məhsuldar bir insan, yeni vəziyyətlərə asanlıqla uyğunlaşıb hər halını bir öyrənmə fəaliyyətinə çevirə bilən insandır. İnsanlar yeni bir fəaliyyətlə məşğul olanda və ya yeni şərtlərlə qarşılaşanda öyrənməyə davam edə bilməlidir. Bu da yeni vəziyyətin xüsusiyyətini, daha əvvəl bildikləri ilə əlaqəsini, nələri öyrənmək və məhsuldar olmaq üçün hansı növ informasiyaya ehtiyac olduğunu təsəvvür etməklə mümkündür.

5 – İştirak etmə və səlahiyyət vermə ayrılmaz bir bütündür.

Fərdlər kimliklərini bir cəmiyyətdəki yerlərinə görə qəbul edirlər. Bir cəmiyyətdə mənalı bir iştirak o cəmiyyətin həyatına müsbət təsir edir. Bu səbəblə ən böyük öyrənmə potensialını meydana gətirən vəziyyət, iştirakçıların mənalı və aktiv rol oynadığı vəziyyətdir. Belə vəziyyətlərdə iştirakçılar yalnız özlərini deyil, bütün bir cəmiyyətə təsir edən həqiqi fəaliyyətlərlə məşğul olurlar.

6 – Öyrənə bilməmək iştirakdan uzaq olmağın nəticəsidir.

Öyrənmək üçün məlumatlar əlçatan və imkan daxilində olmalıdır. İnsanlar marjinal və ya sınaq kimi bir üzvlüyə məruz qalanda öyrənməkdə çətinlik çəkirlər. İştirakla əlaqəli imtiyazların məhdudlaşdırılması, lazımlı iştirak haqqını məhdudlaşdırar. Bu səbəblə yeni şeylər öyrənmək fürsəti meydana gəlməz. Ayırmaq və xaricdə saxlama kimi davranışların öyrənməyə mənfi təsiri çox böyükdür.

7 – Cəmiyyətimiz ömür boyu öyrənən insanlardan ibarətdir.

İnsanlar, hər zaman nə isə öyrənir. Ancaq öyrəndikləri bu şeylər hər zaman özlərinə və ya cəmiyyətə faydalı olmaya bilər.

İnsanlar, icra haqqı və mənalı iştirak etmə səlahiyyəti verilən cəmiyyətlərdə faydalı şeylər öyrənərlər. Bir şagirdi, bir iş adamını, bir alimi və ya bir solisti motivasiya edən elə bu duyğudur.

 

Kaynak -IRL's Seven Principles of Learning: Challenging Fundamental Assumptions http://www.21learn.org/cats21S/prin.html

<!-- stopprint -->


  • İSKƏNDƏR MÜNŞİ
  • Tənqid psixolgiyası
  • Ətraf mühitin təmizliyi
  • Beyin fırtınası və düşüncə tanklar& ...
  • Coğrafiya tarixi - 2
  • Azərbaycanda kredit sistemi
  • TÜRK XALQLARININ COĞRAFİ KƏŞFLƏRİ
  • Vətən
  • Coğrafiya tarixi
  • Mühəndislik perspektivindən qiyamət
  • Marsın Sirləri
  • Şifrəmiz vücudumuzdur
  • Keçirici üzvi polimerlər
  • Elm və texnologiya üfüqləri
  • Turbulens
  •  (Səslər #: 21)

     
    Baxılıb: 5768 Müəllif: Admin 18 İyun 2009 Şərhlər (0)

     

    Şərh yaz
     

     

    Include security image CAPCHA.
    Kodu yenilə



     
     

     

    Ən Baxımlılar
     
     
    Səs Vermə
     
    Ordan-Burdan
    » Orxan adı haradan gəlir
    » Allah sözündəki möcüzə
    » Qarla gələn gözəllik
    » Balıqlar su içirmi?
    » Dezarq və Paskal
    » Güldürən düşündürən ins ...
    » Marsın Sirləri
    » Azərbaycan ordusu dünənimizin, bu günü ...
    » TBMM-DƏ ƏHMƏD CAVAD
    » Allah-Təalaya yaxınlaşma fürsəti
     
    Təqvim
    «    İyun 2009    »
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
     
     
     
    Statistika
    Top Contributors:
      1    Admin 83
      2    hazin 5


    Articles:
      This Hour: 0
      Today: 0
      This Month: 0
      All Time: 86


    Membership:
      Registered Today :0
      This Hour:0
      This Month:0
      Total:25
      Banned:0

    Yeni Üzvlərimiz:
    lsiurog3
    arcer
    habroider
    laztmf207
    Dron_kss_1
    Profinol
    serjksomov
    Titanolic
    chekushka
    Starters